"Kiçik dövriyyəyə malik, mikro sahibkarlıqla məşğul olan fərdi sahibkarların ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məsələsi aktualdır".
Eləcə də bax:Orxan Məmmədov: "Sahibkarların maliyyə resurslarına çıxışında böyük problemlər var"
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Dünya Bankı mütəxəssislərindən ibarət işçi qrup biznes üçün vergi yükünün və vergi qaydalarına əməl etmək üçün sərf edilən vaxt göstəricilərinin azaldılması komponentlərini müzakirə edəcək: “Bu məsələlər Yol Xəritəsində öz əksini tapıb. Çünki özəl sektorun, xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətləndirilməsi əsas diqqət mərkəzimizdədir. Bu məsələ ətraflı öyrənilməklə və həmin şəxslərin gələcək sosial təminatları nəzərə alınmaqla təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.
Həmçinin, artıq ödəmələrin çevik qaytarılması nəzərdə tutulan vergi ödəyiciləri meyarlarının müəyyən edilməsi, həmin vəsaitlərin büdcədən qaytarılması ilə bağlı yaradılmış “Vahid elektron lövhə” sisteminə sosial sığorta haqları üzrə artıq ödəmələrin də əlavə edilməsi müzakirə predmeti olacaq”. (Report)