İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) hazırda regionlarda geniş fəaliyyət göstərir.
Eləcə də bax: Kiçik sahibkarlar üçün maliyyə fondu - YARADILIR
FED.az xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Biz tez-tez regionlarda görüşlər keçiririk, onlara dəstək veririk. Hazırda 40 "KOB dostu" mərkəzləri pulsuz olaraq saibkarlara məsləhət və dəstək verir.
Ancaq bizim hazırda illik büdcəmiz 20 milyon manatdır ki, bunun da 10 milyon manatı maaşların verilməsinə yönəldilir. Qalanı ilə isə nə qədər mümkünsə o qədər dəstək veririk", - O.Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda banklarla sahibkarlar arasında böyük problemlər var: "Sahibkarların maliyyəyə çıxışı çox çətindir, xüsusən də regionlarda. Biz bankarı da başa düşürük ki, təminat olmadan kredit vermək istəmirlər. Bu məsələdə dövlət qurumları fikirləşməlidir ki, nələr etmək olar ki, sahibkarlar daha asan maliyyə resurslarına çıxış əldə etsinlər". (Report)