2022-ci ilin yanvar-avqust ayları ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19.5% artaraq 6 424 vahid təşkil edib. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 17.7% artıb.
Eləcə də bax: Azərbaycanda vergi ödəyicilərinin sayı 7%-dək - ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti bildirir.
Dövlət Xidmətinin məlumatına əsasən, 2022-ci il sentyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89.4%-i məhdud məsuliyyətli cəmiyyət, 1.4%-i səhmdar cəmiyyəti, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.