Azərbaycanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması asanlaşdırılır.
Eləcə də bax: Vəzifəli şəxslərdən gəlir bəyannaməsi tələb edilməsi təklifinə - MÜNASİBƏT BİLDİRİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə geriyə ödəniş yazılı ərizəyə əsasən, 45 gün ərzində həyata keçirilir. Müvafiq qanun layihəsində isə yazılı ərizə tələbinin ləğv edilməsi öz əksini tapıb, geriyə ödənişin yalnız ərizə əsasında həyata keçirilməsi nəzərdə tutulub.