Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dövlət büdcəsinə 4 205,04 manat borcu var.
Eləcə də bax: 14 bağlanmış bankın 11 milyon manat vergi borcu da varmış - SİYAHI
FED.az xəbər verir ki, ASK-dan əldə edilən məlumata görə, qurumun regional nümayəndəliklərindən ikisinin də vergi borcu mövcuddur.
Belə ki, ASK-nın Şəki rayon nümayəndəliyi büdcəyə 146,25 manat, Goranboy rayon nümayəndəliyi isə 154,5 manat ödəniş etməlidir.
Xatırladaq ki, ASK-nın Azərbaycanın 40 regionunu əhatə edən nümayəndəlikləri var.
Report