2011-2020-ci illərdə Azərbaycanda lisenziyası ləğv olunmuş 14 bankın 11,2 milyon manat vergi borcu var.
Eləcə də bax: Bağlanan bankları vaxtilə - BU AUDİTORLAR YOXLAYIB - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Borcu ən çox olan bank 2016-cı ildə bağlanmış "Texnika Bank" ASC (5,3 milyon manat), ən az olan bank isə 2012-ci ildə bağlanmış "Royal Bank" ASC-dir (2,9 min manat).
Sıra № | Bankın adı | Borcun məbləği (manatla) |
Bankın bağlandığı il |
1 | "Royal Bank" | 2 852,92 | 2012 |
2 | "Deka Bank" | 7 973,51 | 2016 |
3 | "Gəncə Bank" | 13 735,93 | 2016 |
4 | "Evro Bank" | 26 313,05 | 2015 |
5 | "Amrah Bank" | 41 117,66 | 2020 |
6 | "Bank of Azerbaijan" | 49 337,38 | 2016 |
7 | "Kredo Bank" | 78 017,73 | 2016 |
8 | "Birlik Bank" | 95 580,57 | 2011 |
9 | "AGBank" | 149 122,17 | 2020 |
10 | "NBC Bank" | 362 990,43 | 2020 |
11 | "Zamin Bank" | 491 550,97 | 2016 |
12 | "Dəmir Bank" | 1 115 653,98 | 2017 |
13 | "Bank Standard" | 3 487 741,44 | 2016 |
14 | "Texnika Bank" | 5 287 815,39 | 2016 |
Cəmi borc: | 11 209 803,13 |