Azərbaycan biznesi dövlətin şəffaflaşma çağırışlarına müsbət reaksiya verir.
Eləcə də bax: Vergi Xidmətinin rəhbərliyi "Caspian Energy Club"da - SAHİBKARLARLA GÖRÜŞÜB
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəhbərliyi sahibkarlarla görüşdə bildirib.
Noyabrın 2-də Dövlət Vergi Xidmətinin və “Caspian Energy Club”un birgə təşkilatçılığı keçirilən B2G forumunda DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəticəsində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir.
Bildirilib ki, hazırda ölkədə iqtisadi dövriyyənin 62 faizindən çoxu elektron qaimə-fakturalarla əhatə olunub. S.Musayeva “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na da toxunub və qarşıdakı dövrdə bu çərçivədə həyata keçiriləcək vergi siyasətinin əsas istiqamətləri barədə məlumat verib.