“Asena” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
“Akkord”un dövlətə14 milyon manata yaxın - VERGİ BORCU VAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.
Məlumata əsasən, “Asena” MMC-nin vergi borcu 731 119.33 manatdır. Bu vergi borcu 24.04.2023-cü il tarixinə olan məlumatdır.
Qeyd edək ki, 2003-cü ildə Asena şirkəti Sevda Nəcəfova tərəfindən quruldu. Şirkətin əsas fəaliyyət beynəlxalq parfümeriya və kosmetika markalarının məhsullarının paylanması idi. 2008-ci ildən bəri şirkət iş istiqamətini dəyişdirdi və təmizlik və iaşə avadanlıqlarının paylanması üzrə bir layihə həyata keçirdi.