“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Parlamentdə "Akkord"un keşmiş rəhbərinin Azərbaycana gətirilməsi - TƏLƏB OLUNUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə əasən məlumat verilir.
Məlumata əsasən, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 13 969 675.60 manat vergi borcu var.
Bildirək ki, bu borclar barədə son məlumat 6 aprel 2023-cü il tarixinə qədər olandır.
Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 83 259 750 manatdır və qanuni təmsilçisi Ayhan Keskinkilic-dır.