İyul ayının 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,4 faiz artaraq 743,3 min olub.
Vergi Xidməti planı böyük artıqlaması ilə yerinə yetirir - NAZİR MƏLUMAT PAYLAŞDI
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 7,6 faiz artıb və 43,0 min təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4,4 faiz artaraq 197,6 minə çatıb.