“Gəncə Sukanal” Törəmə ASC (VÖEN: 2300446411) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qoşulur.
Vergi borcu olan şirkət «etibarsız təchizatçı» oldu – 6 AY TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu qoşulma ilə ASC ləğv edilir. Şirkətin ləğv edilməsi ilə bağlı kreditorlar Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi 76a ünvanında yerləşən “Gəncə Sukanal” Törəmə ASC-yə müraciət edə bilərlər.
Qeyd edək ki, “Gəncə Sukanal” Törəmə ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 7 milyon 673 min manat olan şirkətin qanuni təmsilçisi Verdiyev Şöhrəddin Eldar oğludur. Şirkətin cari vergi borcu 932 min 675 manatdır.














