Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların sayı artmaqda davam edir.
Daha bir şirkət «etibarsız təchizatçı» oldu - Tenderlərdə cəmi 1 il iştirak edə bildi - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «İpek Yolu İnnovations» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) (VÖEN: 1905094591) etibarsız təchizatçılar siyahısına əlavə edilib.
Rəsmi məlumata görə, buna səbəb - «İpek Yolu İnnovations» MMC ilə şirkət arasında maraqların toqquşması halı olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 6 aylığına, yəni 2026-ci ilin oktyabr ayının 1-ə qədər qadağan edilib.
«İpek Yolu İnnovations» MMC 2022-ci ilin mart ayının 28-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ədilova Nəzakət Kamil qızı olan şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir.
Şirkətin vergi borcunun məbləği aprel ayının 9-una 1 059 manat olub.














