FED.az xəbər verir ki, "Yelo Bank" Bakı, Sumqayıt, Bərdə, Gəncə, Lənkəran filiallarıında Mikro kreditlər üzrə Telesatış bölməsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "PAŞA Sığorta" işçi axtarır - VAKANSİYA
Tələblər
• Ali təhsil
• Azərbaycan dilini səlis bilməlidir. Rus dilini bilənlərə üstünlük verilir (İngilis dili arzuolunandır)
• Word və Excell proqramlarından istifadə bacarığı
• Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
• Komanda ilə işləmək bacarığı
• Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
• Riyazi hesablamaları bacarmaq
• İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı
Öhdəliklər:
• Bankın mövcud müştəriləri ilə işin aparılması
• Telefon vasitəsi ilə yeni müştərilərin cəlb edilməsi
• Onlayn sorğu və monitorinqlərin aparılması
• Daxil olan müştəri müraciətinin operativ cavablandırılması
• Müştəri şikayət və təklifinin aiddiyyatı struktura yönləndirilməsi
• Potensial müştərilərin Bankın müvafiq filiallarına yönləndirilmək və müştərinin kreditləşməsi işini sona qədər təqib edilməsi
Namizədlər elektron poçtun “mövzu” yerinə müraciət etdiyi sahəni qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.