FED.az xəbər verir ki, “PAŞA Sığorta” Layihələrin koordinasiyası üzrə baş mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
Vəzifə və Öhdəliklər:
• Layihələrin İdarəolunması üzrə biliklərin artırılması məqsədi ilə müvafiq görüşlərin keçirilməsi;
• Layihə iştirakçıları arasında fasilitasiya yanaşmasının tətbiqi
• Layihələrdə baş tutmuş dəyişikliklər üzrə gündəlik hesabatların formalaşdırılması;
• Şirkət daxilində layihələr barədə məlumatlılığın artırılması məqsədi ilə kommunikasiyanın gücləndirilməsində dəstək olmaq;
• Layihələrin idarəolunması istiqamətinin yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədi ilə boşluqların müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması;
• Təsdiq olunmuş planlaşdırma çərçivəsində gündəlik, həftəlik görüşlərin təşkili və təyin olunmuş hədəflərin təhlil olunması
• Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək.
Bilik və bacarıqlar:
BİLİKLƏR
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
• Kompyuter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
• Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
• Bilavasitə bu Vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək;
TƏCRÜBƏ
• Layihələrin İdarəolunması sahəsində minimum 2 il iş təcrübəsi;
BACARIQLAR
• Güclü kommunikasıya bacarığı.
• Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər.
Son müraciət tarixi: 30 yanvar, 2020-ci il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.