FED.az xəbər verir ki, “Yelo Bank” “İT departamenti Texniki Dəstək şöbəsi / Kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
Siz elektron poçtun “mövzu” yerinə “İT - Kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
Vəzifə öhdəlikləri:
• Kompüterin ilkin montajı və quraşdırılması;
• Avadanlıqların yerlərdə quraşdırılması (PC, MFP, şəbəkə avadanlığı və s.);
• İT sahəsində quraşdırma işləri (LAN çəkilməsi, kabellərin quraşdırılması);
• İstifadəçilərin İT üzrə dəstəyi, proqram təminatlarının tənzimlənməsi;
• Kompüterlər, şəbəkə və ofis avadanlığı ilə ortaya çıxan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
• Məsafədən işləmə ilə bağlı istifadəçi işinin mümkünlüyünü təmin etmək və dəstəkləmək (VPN vasitəsilə);
• MS Windows məhsulları üzrə bilik (7/8/10 / Server);
• Əsas şəbəkə texnologiyaları / protokolları ilə bağlı bilik (DHCP; AD; DNS; TCP / IP);
• İstifadəçilərlə öz dillərində ünsiyyət qurma bacarığı;
• Proqram təminatının yoxlanılması, quraşdırılması və yerləşdirilməsi üzərində iş aparmaq;
• Texniki sənədlər, istifadəçilər / texniki dəstək xidmətləri üçün təlimatlar yazılmasında istifadə.
Vəzifəyə uyğun Sizdən tələblərimiz:
• Ali təhsil;
• 3 ilə qədər iş təcrübəsi;
• İnformasiya sistemlərinin texniki dəstəyinin idarə edilməsi və texniki xidmət üzrə mütəxəssis kimi iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışmaq bacarığı;
• Rus və ingilis dili bilikləri arzuolunandır;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
• Komandada işləmək bacarığı və stressə dözümlülük.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.