FED.az xəbər verir ki, Beynəlxalq Bank Maliyyə menecmenti Departamentinə Büdcə və təhlil şöbəsinə Baş mütəxəssis vakansiyası elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
İllik əsasda Bankın büdcəsinin proqnozlaşdırılmasında aktiv iştirak;
Büdcə icrasına nəzarətin təmin edilməsi;
Büdcə icrası ilə bağlı ətraflı təhlillərin aparılması və biznesə müvafiq təkliflərin verilməsi;
Məhsullar üzrə maya dəyərinin hesablanması.
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil;
Büdcə proqnozlaşdırılması sahəsində minimum 3-5 il iş təcrübəsi;
Ofis proqramlarında sərbəst işləmək bacarığı;
SQL proqramından istifadə üstünlükdür;
Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək.
Davranış səriştələri:
Detallara diqqət;
İnduktiv və analitik təhlil;
Komandada işləmək bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Maliyyə sahəsində potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 avqust 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Büdcə və təhlil şöbəsinə Baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az