FED.az xəbər verir ki, "Xalq Bank" Kredit İdarəsinin Kredit məhsulu və biznes proseslərinin təhlili şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "PAŞA Həyat" işçi axtarır - VAKANSİYA
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
• Bankda Kredit sahəsində (kiçik və orta biznes sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
• Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
• Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
• Stressə davamlılıq, komandada işləmə bacarığı;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• İT sahəsində bilikləri olması.
İŞİN TƏSVİRİ:
Bankın proqram təminatın optimallaşması üçün Bankın İT İdarəsi ilə əlaqəli işlərin aparılması;
a) Bankın Proqram təminatında yeni məhsulların yaradılması;
b) Sistem şəklində yaranan səhvlərin aradan qaldırılması üçün proqram təminatçısı əməkdaşları tərəfindən hazırlanmış patch-ların Filiallar ilə birgə yoxlanılması və düzgün nəticələrin təsdiqlənməsi;
c) Bankda hesabatların hazırlanması prosessinin avtomatlaşdırılması üçün lazımi işlərin aparılması;
d) Bankın proqram təminatında kreditlər üzrə məlumatların düzgün əks olub-olunmamasını təhlil edib, müvafiq düzəlişlərin aparılması.
c) Proqram təminatında texniki səvhlərin təyin olunması, araşdırılması və düzəlişlərin (İT İdarəsi ilə) aparılması;
• Kredit portfelinin vəziyyətinin və dinamikasının müntəzəm təhlili və hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə nəzarət edilməsi
• Təsdiq edilmiş limitlərə Filiallar tərəfindən riayət olunmasına nəzarət, rəsmiləşdirilmiş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasının və aparılmış iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması
• Yeni bank məhsulların hazırlanması və mövcud bank məhsulların və Kreditlərin verilməsi Qaydalarının şərtlərinə yenidən baxılması və müzakirə edilməsi
QEYD:
Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34