FED.az xəbər verir ki, "PAŞA Həyat" İnformasiya texnologiyaları departamenti, Proqramlaşdırma şöbəsinə Mütəxəssis (Backend Developer) vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Veysəloğlu" işçi axtarır – VAKANSİYA
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 21 iyun 2020-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Daxil olmuş tapşırığın analizi və uyğun həll yolunun tapılmasında iştirak etmək;
2. Məlumatların periodik yüklənməsi üçün JOB-ların yaradılması və işinə nəzarət etmək;
3. Yeni modulların yaradılması, modullarda dəyişiklik, TFS sistemi üzrə kodlarda dəyişikliklər tətbiq etmək;
4. Yeni Proyektlərin hazırlanmasında rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək, alqoritmlərin hazırlanması , texniki sənədin analiz edilməsi;
5. Qrup halında aparılan texniki və proqramlaşdırma proseslərin izlənilməsi və yaranan problemlərin rəhbərə təqdim edilməsi;
6. Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyatı tapşırıqları yerinə yetirmək və Şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
7. Lazımi analitik əməliyyatların aparılması və proaktiv olaraq və yeni ideaların verilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Proqramlaşdırma sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İnformasiya texnologiyaları və ya Riyaziyyat sahələrində Ali təhsil
Texniki bilikləri: C#.net , Asp.Net, .Net Core Mvc, AJAX, HTML, MSSQL(T-SQL), Bootstrap, CSS, Jquery, Javascript proqramlaşdırma dillərində işləmə bacarığı WebServis- lərin hazırlanması və işləmə bacarığı.
Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - orta, Rus dili - orta səviyyədə
Kompüter bilikləri: MS office - orta
Üstünlüklər: R proqramlaşdırma dili, Python bilikləri, Microservis Arxitekturunda və digər proqramlaşdırma dillərində işləmə bacarığı üstünlükdür
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası:
Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Proqramlaşdırma şöbəsinin mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.