FED.az xəbər verir ki, "Xalq Bank" Kredit İdarəsinin Biznes və istehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Bank BTB" işçi axtarır - VAKANSİYA
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
• Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
• Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
• Maliyyə hesabatlarının oxuma və təhlil etmə bacarığı;
• Stressə davamlılıq, komandada işləmə bacarığı;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
İŞİN TƏSVİRİ:
• Kredit İdarəsinə daxil olmuş istehlak, biznes və fond krediti müracətlərini almaq və təhlil edilməsi;
• Əldə olunmuş məlumatlar əsasında Borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi, kredit rəyinin tərtib edilməsi keyfiyyətinin və aparılmış maliyyə-iqtisadi araşdırmanın tamlığının təhlil edilməsi;
• Daxil olunmuş müraciətlərinin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması;
• Kredit üzrə müraciətlərə Kredit komitəsində baxılması üçun sifarişlərin məqsəduyğunluğu barədə vahid rəyin hazırlanması;
• Kredit İdarəsi iclasının gündəliyini hazırlanması və razılaşdırılmaya göndərilmiş müraciətlərin aktlaşdırılması;
• Bankın filiallarının Kredit bölmələrinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;
• Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34