Bank “BTB” ASC Satışlar departamenti, Pərakəndə bankçılıq şöbəsinin rəhbəri vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "AFB Bank" işçilər axtarır - VAKANSİYALAR
İş barədə məlumat:
- Fiziki şəxslərin bank xidmətləri üzrə istək və ehtiyaclarını öyrənir və bunun əsasında pərakəndə bank məhsullarının inkişafı üçün müvafiq təklifi verir;
- Qeyri kredit məhsulların satışları üzrə satış planları hazırlayır, əməkdaşların satış planlarının icrasina nəzarət edir;
- Bankın pərakəndə məhsullarının bazarda tanıdılması və satışı üzrə tədbirlər görür;
- Bankın pərakəndə satışın inkişafı üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələri hazırlayır, yeni məhsul və şərtlərin hazırlanmaslnda müvafiq struktur bölmələri ilə əməkdaşlıq edir.
Namizədə tələblər:
- ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
- ən azı 3 il müştəri xidməti sahəsində bank təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dilləri;
- ünsiyyətqurma bacarığı;
- satış bacarığı;
- analitik bacarıq;
- yaradıcılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Pərakəndə bankçılıq şöbəsinin rəhbəri) göstərməyiniz xahiş olunur.