FED.az xəbər verir ki, "Unibank" Müştəri xidmətləri üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Yelo Bank" işçi axtarır - VAKANSİYA
Əsas öhdəliklər
· Bankın məhsulları haqqında müştəriləri məlumatlandırmaq;
· Müştərilərə bank hesablarının açılması və bağlanması;
· Hesablardan vəsaitlərin köçürülməsi;
· Əmanətlərin rəsmiləşdirilməsi;
· Plastik kartların sifariş edilməsi;
· Sürətli pul köçürmələri sistemləri ilə vəsaitlərin köçürülməsi;
· Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ bank xidmətlərinin göstərilməsi;
· Digər inzibati işlərin görülməsi.
Namizədə tələblər
· Ali təhsil;
· Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
· Müştəri xidmətləri sahəsində ən azı 1-2 il iş təcrübəsi;
· MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
· Ünsiyyətcil, təşəbbüskar;
· Komandada işləmək bacarığı;
· Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
· Stressə davamlılıq;
· Müştəri yönümlülük.
Göstərilən tələblərə cavab verən namizədlər [email protected] elektron ünvanına CV-ni göndərib və mövzuda vakansiyanın adını qeyd edərdiniz.