FED.az xəbər verir ki, “Yelo Bank” Pərakəndə Risklərin İdarəedilməsi departamentinin Analitika, hesabat və ehtiyatlara nəzarət şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "PAŞA Sığorta" işçi axtarır - VAKANSİYA
Vəzifə Öhdəlikləri:
• Riskləri qəbul edilən səviyyədə saxlamaq üçün istehlak kreditlərinin azalizini təşkil etmək
• Məlumatların analizi nəticəsində kredit məhsulu şərtlərində lazımı dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürmək
• Kredit portfelinin idarə edilməsini optimallaşdırmaq üçün digər departamentlərlə əlaqələrin qurulması
• Kredit risklərinin idarə edilməsini inkişaf etdirmək üçün strateji planların həyata keçirilməsinə nəzarət etmək
• AR MB və MBNP tələblərinə uyğun və İFRS metodologiyası əsasında ehtiyatların hesablanması
• İşçilərin fəaliyyətlərin nəticələrinin analizi və qiymətləndirilməsi
• Şöbənin işinin düzgün planlaşdırılması və bölgüsü
Tələblər:
• Ali təhsil (Riyaziyyat / Statistika / Maliyyə və ya İqtisadiyyat)
• Risklərin idarə edilməsi, analitika üzrə minimum 3 il iş təcrübəsi
• Azərbaycan və rus dillərini səlis bilməli, ingilis dili arzuolunandır
• MS Excel və PowerPoint proqramlarını mükəmməl bilmək
• Verilənlərin statistik analizi bilikləri
• SQL, python və ya R-da işləmək bacarıqlarının olması arzu olunandır
• Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində və işlənməsində təcrübə
• Komanda ilə işləmək bacarığı
• Liderlik və idarəetmə qabiliyyəti
Namizədlər elektron poçtun “mövzu” yerinə Pərakəndə Risklərin İdarəedilməsi departamentin Analitika, hesabat və ehtiyatlara nəzarət şöbəsinin müdiri qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.