FED.az xəbər verir ki, "TBC Kredit" BOKT Mikrokreditlər üzrə mütəxəssis vakansiyasını elan edir.
Eləcə də bax: “PAŞA Sığorta” işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
• Potensial müştərilərin cəlb olunması
• Kredit müraciətlərinin qəbulu və təhlili
• Kredit sənədlərinin tərtibatı
• Analitik düşüncә
• Kredit portfelinin nəzarəti və idarə olunması
Tələblər:
• Ali təhsil
• Azәrbaycan dilindә sәrbәst danışıq bacarığı, rus dili arzuolunandır
• Ünsiyyət qurmaq bacarığı
• Komandada işləmək bacarığı
• Riyazi hesablama aparmaq qabiliyyəti
• İş təcrübəsi – bir ildən aşağı
İş qrafiki - 09:00-dan 18:00-dək, şənbə və bazar - istirahət günləridir
Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 13 sentyabr 2020-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Mikrokreditlər üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.