FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC namizədləri Rəqəmsal marketinq üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: "Kapital Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə və Öhdəliklər:
Rəqəmsal marketinq ehtiyaclarını anlamaq üçün məhsul komandaları ilə birgə çalışmaq və uyğun marketinq strategiyaları formalaşdırmaq;
Rəqəmsal marketinq üzrə təşəbbüsləri portfelini tətbiq etmək;
Lidlər yaratmaq və satışı artırmağa dəstək olmaq üçün orqanik, ödənişli sosial, e-poçt, PPC, displey şəbəkəsi, SEO və «affiliate» marketinq kanallarını təkmilləşdirmək;
Rəqəmsal marketinq və müştəri səyahəti təkmilləşdirmə boyunca viuzal dizaynlarda davamlılığı təmin etmək;
Rəqəmsal marketinq materiallarının tələblərə uyğun qaydada yaradılmasını təmin edərək təchizatçılar və agentliklərlə işləri koordinasiya etmək;
Komandaya rəqəmsal kanallarda strateji hədəflərə çatmaqda kömək etmək və işlərin müvəffəqiyyətli icrasını izləmək;
Rəqəmsal marketinq kampaniyalarının nəticələrinin ölçülməsi məqsədilə analizlərin həyata keçirmək.
Bilik və bacarıqlar:
Əlaqədar sahədə bakalavr və ya daha yüksək səviyyədə ali təhsil (marketinq, biznes və ya maliyyə sahəsində təhsil arzuolunandır);
Kampaniyaların idarəetməsində və/və ya rəqəmsal marketinq kampaniyalarının reallaşdırılması istiqamətində iş təcrübəsi;
Marketinq üzrə 2 illik iş təcrübəsi (ən az 1 ili rəqəmsal marketinq üzrə olmaqla);
Ənənəvi və rəqəmsal marketinq üzrə dərin anlayış;
Yüksək kommunikasiya bacarıqları;
Azərbaycan dilini səlis bilmək, İngilis və Rus dilini səlis bilmək arzuolunandır;
Analitik və kreativ düşünmə tərzinə malik olmaq və problemləri həll etmək bacarığı;
Sahələrarası və fərqli funksiyalarla birgə işləmək bacarığı.
Son müraciət tarixi: 15 sentyabr, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.