FED.az xəbər verir ki, "SR Broker" kiçik mühasib (1C Operator) vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "OBA" market işçi axtarır - VAKANSİYA
Namizədə tələblər:
• 1 C (8.2 və ya 8.3) proqramından yüksək səviyyədə istifadə bacarığı
• Microsoft Office proqramlarında sərbəst işləmək (xüsusilə Word və Excel)
• Excel proqramında funksiyalar və cədvəllər vasitəsilə analizlər apara bilmək bacarığı
• Elektron Hökumət Portalı, İnternet Vergi İdarəsi və digər portallardan sərbəst və sürətli istifadə etmək
• Vergi və Əmək Qanunvericlikləri haqqında biliklərə sahib olmalı
• Əmək haqlarının hesablanması, müxtəlif təyinatlı köçürmələrin edilməsi
• E-Qaimələrin yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar
İş barədə məlumat:
• Məlumatların 1C proqramına işlənməsi və analizi;
• E-qaimələrin yazılması və ötürülməsi;
• Bank ödəniş tapşırıqlarının hazırlanması və köçürmələrin edilməsi;
• Kassa əməliyyatlarının yerinə yetirilməsi
• Əmək haqlarının hesablanması və ödənilməsi
• Hesabatlar hazırlanması.
Əmək haqqı: 700-800 AZN
Qeyd: Əmək fəaliyyətindən asılı olaraq əmək haqqı artımı gözlənilir.
CV-lərinizi "Kiçik mühasib" başlığı altında [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.