FED.az xəbər verir ki, "Rabitəbank " ASC Təşkilati Şöbədə Aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: “Yelo Bank” işçi axtarır - VAKANSİYA
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- İmza dövriyyəsinə təqdim edilmiş sənədlərin rəhbərliyə təqdim edilməsi;
- Daxil olan zənglərin cavablandırılması və müvafiq rəhbərə yönləndirilməsi;
- Rəhbərliyin iclas və işgüzar görüşlərinin təşkili, gündəliyinin izlənməsi;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali təhsil;
- Yüksək şifahi və yazılı ünsiyyətqurma qabiliyyəti;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
- MS Office proqramlarından istifadə qabiliyyəti;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Katiblik - Aparıcı mütəxəssis” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33