FED.az xəbər verir ki, “Yelo Bank” Dizayner - arxitektor vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
• Hazır konsept dizaynını mövcud vəziyyətə uyğunlaşdırmaq
• İnteryer proyektin həyata keçirilməsi üçün lazım olan işçi çertyojları hazırlamaq və koordinasiya etmək
• Ölçülərin götürülməsi və mövcud planın hazırlanması
– Arakəsmə və s. demontaj və montaj planı
– Mebel yerləşim planı
– Sabit mebellərin çertyojları
– Elektrik çıxışların planı
– Santexnika çıxışların planı
– Havalandirma, isitmə və soyutma avadanlıqlarının yerləşim planı
– Tavan planı
– Döşəmə planı
– İşıqlandırma cıhazlarının planı
– Tələb olunan hissələrdə kəsiklərin və düyünlərin çertyojlarının hazırlanması
• Təmir prosesində vaxtaşırı olaraq iş icraçısına çertyojları, görüləcək işləri izah etmək, yekunlaşmış işlərin çertyojlara uyğunluğuna nəzarət etmək
• Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək
Tələblər:
• İnteryer dizayn sahəsində təcrübəli olmaq
• Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili arzuolunandır
• Komanda ilə işləmək bacarığı
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki
Siz elektron poçtun “mövzu” yerinə “Dizayner / Arxitektor” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.