Dövlət qurumu işçilər axtarır - MAAŞ 2000-3000-3500 MANAT - VAKANSİYALAR
"Veysəloğlu" işçi axtarır - VAKANSİYA
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
"AGRO - WEST DC LLC" ASC işçilər axtarır - MAAŞ 1200-2000 MANAT - VAKANSİYALAR
"Golden Pay" ən aşağı əmək haqqı ilə işçi axtarır - MƏBLƏĞ - VAKANSİYA
"TuranBank" ASC işçilər axtarır - VAKANSİYALAR
"Azmədənistehsal MMC" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
Sumqayıt Texnologiyalar Parkı işçilər axtarır - VAKANSİYALAR
"PASHA Malls" işçilər axtarır - VAKANSİYALAR
"Azerbaijan Airlines" - AZAL - işçilər axtarır - VAKANSİYALAR
"Star Mining LLC" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
"Zeta Group" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
Veysəloğlu Yaycılı Qardaşlar
HVAC mütəxəssisi
Son tarix 08 may 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İstehsalat prosesində İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektron və avtomatlaşdırılmış hissələrində müayinə və yoxlamaların həyata keçirilməsi, texniki xidmət, təmir-bərpa, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi , quraşdırma , sazlama , sınaq və istismara buraxılması işlərin icrası;
- Avadanlıqların (yük hesabatlarının) soyutma-isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin düzgün yoxlanılması;
- Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
- Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
- Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
- Təmir işlərinin sənədləşdirilməsini təmin etmək. Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması
- Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
- Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
- Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.
Tələblər:
- Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;
- Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
- Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi;
- Təmir mühəndisi kimi sübut edilmiş iş təcrübəsi;
- Fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
- Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər;
- Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
- Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
- Sistem layihə və sxemlərini oxuma bacarığı;
- Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
- Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
- Yaxşı ünsiyyət və təlim bacarıqları;
- AutoCad və MS Office proqramlarından istifadə bacarığı;
- Hesabat hazırlama və analiz etmə bacarığı;
- Elektrik motorları və panelləri ilə işləmə bacarığı;
- Soyutma ( Çiller, compressor, kondisioner və s ) sistemləri ilə işləmə bacarığı.
- Əməyin mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını, daxili intizam qaydalarını bilməli və əməl etməli.
İş şəraiti:
- İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Servis xidməti mövcuddur;
- Əmək haqqı: müsahibə əsasında
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 May 2023-cü il tarixinədək emailin mövzu hissəsində "HVAC mütəxəssisi" qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.