"Mazarina Trade Company" işçi axtarır - MAAŞ 2000-2500 MAMAT - VAKANSİYA
"TuranBank" ASC işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Norm Sement" işçilər axtarır - VAKANSİYALAR
"VIP Aviation Services Company" işçilər axtarır - MAAŞ 1000-2000 MANAT - VAKANSİYA
"Ramco CJSC" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1800 MANAT- VAKANSİYA
"Puva Constructiona" işçi axtarır - MAAŞ 1000-2000 MANAT - VAKANSİYA
"Almet Holdinq" işçi axtarır - VAKANSİYA
"Modern Construction Group" işçilər axtarır - MAAŞ 800-900 MANAT - VAKANSİYALAR
TuranBank ASC
Məlumat mərkəzi üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı/baş mütəxəssis
Son tarix 23 iyl 2023 [email protected]
Şəhər: Bakı (Baş Ofis)
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Yaş həddi: 21-30
- Azərbaycan və rus dillərini səlis bilməli (İngilis dili üstünlükdür)
- Kompüter proqramlarını bilmə bacarığı (MS Office proqramlarından istifadə bacarığı)
- Doğru və aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı (şifahi və yazılı).
- Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti
- Analitik düşüncə,punktuallıq ,işində çevik, məsuliyyətlilik,
- Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı , komandada işləmək bacarığı;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
- Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
- Sosial şəbəkələr ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Sosial Media üzərindən gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
- Müştərilərin bank məhsulları haqqında ünvanladığı sualları cavablandırmaq;
- Kredit müraciətlərinin ilkin təhlili və müvafiq bölməyə yönləndirilməsi;
- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
- Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
- Görülən işlərin gündəlik hesabatını aparmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ və keyfiyyətli şəkildə yerinə yetirilməsi;
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Məlumatlandırma bölməsi üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis” yazmağı unutmayın.
İstehlak kreditləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı/baş mütəxəssis
Son tarix 23 iyl 2023 [email protected]
Şəhər: Bakı, Ağcabədi, Göyçay, Qazax, Tovuz, Ağstafa, Zaqatala, Sumqayıt, Xırdalan, Xaçmaz. Gəncə, Cəlilabad
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İqtisadiyyat və İdarəetmə sahəsi üzrə təhsil arzuolunandır);
- Yaş həddi: 21-30
- MS office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır);
- Yaradıcı və analitik düşüncə tərzi, ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
Vəzifə öhdəlikləri:
- Qoyulmuş satış hədəflərinin icrası;
- Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
- Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
- Kredit müraciətlərinin rəsmiləşdirilməsinin təmin edilməsi;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək
- Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
Bu iş sizə nə qazandıracaq:
- Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
- İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Istehlak kreditləri” yazmağı unutmayın.
CRM - Birbaşa satışlar üzrə kiçik mütəxəssis/mütəxəssis
Son tarix 23 iyl 2023 [email protected]
Şəhər: Bakı,Sumqayıt, Xaçmaz, Göyçay, Tovuz, Qazax, Ağstafa, Gəncə, Xırdalan, Zaqatala, Cəlilabad, Ağcabədi
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Yaş həddi: 21-28
- Problemi həll etmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
- Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
Vəzifə öhdəlikləri:
- Qoyulmuş hədəflərin icrası;
- Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;
- Direkt marketinq işinin təşkili;
- Məhsulların təqdimatı;
- Müştərinin maliyyə analizini həyata keçirmək;
- Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
- Komanda ilə işləmək bacarığı;
Bu iş sizə nə qazandıracaq:
- Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
- Satış sahəsində özünüzü inkişaf etdirmə imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Satış həcminə uyğun olaraq əmək haqqına əlavə bonus;
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Birbaşa satış üzrə mütəxəssis/kiçik mütəxəssis” yazmağı unutmayın.
Onlayn satış üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı /baş mütəxəssis
Son tarix 23 iyl 2023 [email protected]
Şəhər: Sumqayıt, Xaçmaz, Ağcabədi, Tovuz, Qazax
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Yaş həddi: 21-30
- Problemi həll etmək bacarığı;
- Təqdimat bacarığı;
- Satış bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
- Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
Vəzifə öhdəlikləri:
- Qoyulmuş satış hədəflərinin icrası;
- Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;
- Müştərinin maliyyə analizini həyata keçirmək;
- Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
- Komanda ilə işləmək bacarığı;
Bu iş sizə nə qazandıracaq:
- Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
- İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Satış həcminə uyğun əmək haqqına əlavə bonus;
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Birbaşa satış üzrə mütəxəssis/kiçik mütəxəssis” yazmağı unutmayın.
Məhkəmələrlə iş şöbəsinin hüquqşünası
Son tarix 08 iyl 2023 [email protected]
Əmək haqqı: 600-1000 manat
Vəzifəyə olan tələblər:
- Yaş həddi: 23-30
- Ali hüquqi təhsil;
- Hüquqşünaslıq sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi;
- Kollektivdə işləmə bacarığı;
- Məsuliyətlilik, diqqətlilik;
- MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Məhkəmədə və icra şöbələrində Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
- Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra şöbələrinə daxil olması və icra sənədləri əsasında bankın xeyrinə ödənilməli olan pul vəsaitlərinin geri qaytarılması istiqamətində icra məmurlarının qanunvericilikdə nəzərdə tutulmuş və icra etməli olduqları məcburi icra tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
- İcra məmurlarının qanuni göstərişlərini yerinə yetriməkdən boyun qaçıran borcluların özləri və əmlaklarının axtarışında lazımi tədbirlərin görülməsində bilavasitə iştirak etmək;
- Əmlak üzərinə həbsin qoyulması, qiymətləndirici dəvət olunması, hərraca göndərilməsi proseslərinin ləngimədən həyata keçirilməsinə nəzarət etmək;
- İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
Anketlərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə "Məhkəmələrlə iş şöbəsinin hüquqşünası" yazmağı unutmayın.