Satış məsləhətçisi
Son tarix 16 iyn 2022
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-800-1200-1500 manat - 33 VAKANSİYA
Niyə məhz Optimal?
-
Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
-
Pozitivlik bizim ən böyük uğurumuzdur!
-
Kreativ ideyaları yaradırıq!
-
İstedadlı gənclərə yol açırıq
Tələblər:
-
Təhsil: Ali və ya orta;
-
Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
-
Satış təcrübəsi arzu olunandır;
-
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
-
Satış qabiliyyəti olmalı;
-
Məhsulları təqdim etmək bacarığına malik olmaq.
Əsas vəzifələr:
-
Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
-
Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
-
Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
-
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
Biz Sizə təklif edirik:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Həftədə 6 iş günü, 1 gün istirahət;
-
Karyera yüksəlişi imkanı;
-
Ödənişsiz təlimlər;
-
Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər.
Kredit üzrə mütəxəssis
Son tarix 16 iyn 2022
Tələblər:
-
İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
-
Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
-
Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
-
Yüksək analitika qabiliyyəti;
-
Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.
Əsas vəzifələr:
-
Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
-
Kredit müraciətlərinin qəbulu və analizi;
-
Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
-
Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Həftədə 6 iş günü, 1 gün istirahət;
-
Karyera yüksəlişi imkanı;
-
Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər.
Məhkəmə qərarlarının icrası ilə iş şöbəsinə hüquqşünas
Son tarix 16 iyn 2022
Tələblər:
-
Ali hüquqi təhsil,
-
Minimum 2 il iş təcrübəsi
-
Mülki, mülki-prosessual, icra haqqında və kredit haqqında qanunvericiliyi bilməli;
-
Əla səviyyədə Azərbaycan dili biliyi.
-
Hüquqi nitq və yazışma qabiliyyəti;
-
MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
-
Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
-
Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Əsas vəzifələr:
-
Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
-
Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq
-
Hüquqi sənəd (məktublar və s.) və ərizələri tərtib etmək;
-
Texniki vasitələrdən istifadə etməklə qüvvədə olan qanunvericilik və başqa normativ aktlar, onlara əlavələr və dəyişikliklər və ya onların ləğv olunması haqqında məlumatları müfaviq bölmələrə çatdırmaq;
-
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
-
Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
-
Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
Biz Sizə təklif edirik:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Həftədə 5 iş günü, 2 gün istirahət;
-
Əmək haqqı 500 azn + bonus;
Müraciət etmək üçün aşağıdakı linkə müraciət edə bilərsiniz.