Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"Ram Holding" işçi axtarır - VAKANSİYA
"Yalama Agropark" MMC işçi axtarır - MAAŞ 1000-1500 MANAT - VAKANSİYA
"Connect LLC" işçilər axtarır - MAAŞ 1000-1500 MANAT - VAKANSİYALAR
"Muğanbank" işçi axtarır - MAAŞ 500-600 MANAT - VAKANSİYA
"AGRO-VEST RETAIL" işçi axtarır - MAAŞ 1000-1500 MANAT - VAKANSİYA
"Bravo" işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1500-2000 MANAT- VAKANSİYA
"Mətanət A" şirkəti direktor axtarır - VAKANSİYALAR
"Gemza Group" işçilər axtarır - MAAŞ 700-1000-1500-2000 MANAT - VAKANSİYALAR
Matanat A
İstehsalat müəssisəsinin direktoru (gips istehsalı)
Son tarix 13 noy 2022 - [email protected]
İşin təsviri:
- Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
- Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi;
- Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planının hazırlanması;
- Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə və istehlaka nəzarətin təmin edilməsi;
- Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
- İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
- Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
- Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
- Satınalma ile kordinasiyalı formada ishlemek;
- Ümumi hesabatların tərtibi və rəhbərliyə təqdim edilməsi;
- Həftəlik hesabatların təsisçiyə təqdim edilməsi;
- Müəssisəyə daxil olan mallara nəzarət, məhsulların yerli və xarici bazara çıxarılmasına rəhbərlik etmək;
- İstehsalat daxilində nizam-intizam qaydalarını formalaşdırmaq, əməl olunmasına nəzarət etmək.
Tələblər:
- Təhsil: Ali (texniki);
- Yaş həddi: 30-50;
- Kompüter biliyi: MS Office (Word, Excel);1C, SAP və ya diger ERP proqramları bilənlərə üstünlük verilir;
- İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
- Dillər: Azərbaycan dili mükəmməl bilməli (Rus və İngilis dillərini bilənlərə üstünlük verilir);
- İş təcrübəsi: İstehsalat sahəsində və zavodun idarəedilməsində 3-5 il təcrübə;
- Əmək qanunvericiliyini və mülki məcəlləni bilməli
- AR konsitutsiyasını bilməli
Şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabliyyəti;
- İşə planlı yanaşması;
- Fəal olması;
- Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
- Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
İş şəraiti:
- İş yeri : Qaradağ rayonu
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
- Nahar şirkət tərəfindən verilir
- Korporativ nömrə verilir
- Nəqliyyat xərcləri (benzin, amortizasiya) şirkət tərəfindən ödənilir
Əmək Haqqı:
- Əmək bazarına uyğun, rəqabətqabiliyyətli əməkhaqqı.
- Əmək haqqı diapazonu şirkətin reytinqinə əsasən müəyyən edilir.
- Təklif namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir.