HumanPro
Mağaza meneceri
Son tarix 11 okt 2025 - [email protected]
İş haqqında məlumat:
- Əmək haqqı: 800 - 2000 AZN + satışdan bonus;
- İş qrafiki:10:00 - 20:00, 6 günlük iş rejimi;
Vəzifə öhdəlikləri:
- Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və keyfiyyət normalarına riayət etməsinin təmin edilməsi;
- Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
- Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə iclaslar keçirmək və onlara tapşırıqlar vermək;
- Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
- Cari əməliyyatların, hesabatların sənədlərinin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Təhlükəsizlik və sanitariya qaydalarına riayət olunmasını təmin etmək;
- Mağaza üzrə dövri satış hesabatlarını hazırlamaq və aidiyyatı üzrə təqdim etmək.
Tələblər:
- Satış və idarəetmə sahəsində təcrübə;
- Azərbaycan dilində səlis danışmaq, Rus dili mütləqdir;
- 30- 40 yaş aralığında bəy namizədlərə üstünlük verilir.
- Mükəmməl ünsiyyət və danışıq qabiliyyəti;
- Dəqiqlik və məsuliyyət;
- Komandada uğurlu fəaliyyət.
Müraciət etmək istəyən şəxslər öz CV-lərini mövzu hissəsində vəzifənin adını yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.