Aqrar Tədarük və Təchizat
Yarmarkaların təşkili şöbəsinin müdir müavini
Son tarix 11 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbə müdirinin gündəlik fəaliyyətində dəstək göstərmək, tapşırıqların icrasını nəzarətdə saxlamaq;
- Şöbə müdirinin səlahiyyət verdiyi hallarda şöbənin fəaliyyətinə rəhbərlik etmək və qəbul edilmiş qərarların həyata keçirilməsini təmin etmək;
- Yarmarka tədbirlərinin təşkili, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi üzrə işlərin planlaşdırılmasında və koordinasiyasında iştirak etmək;
- Şöbə üzrə daxili iş bölgüsünün düzgün aparılmasına və işçilərin fəaliyyətinin əlaqələndirilməsinə nəzarət etmək;
- Şöbə müdirinin göstərişi əsasında hesabatlar, hazırlamaq;
- Şöbənin fəaliyyətinə dair iclas və görüşlər təşkil etmək;
- Şöbə daxilində və digər struktur bölmələrlə qarşılıqlı əlaqəni təmin etmək;
- Şöbə müdirinin iştirakı olmadan zəruri məsələlərin operativ həlli üçün təkliflər vermək və tədbirlər görmək;
- Şöbə müdiri tərəfindən həvalə olunmuş digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Tələblər:
- Ali təhsil (menecment, iqtisadiyyat, idarəetmə və ya uyğun sahələr üzrə);
- Minimum 3 il müvafiq sahədə (təşkilati işlər, layihələrin idarə olunması və ya tədbirlərin təşkili sahəsində) iş təcrübəsi;
- İdarəetmə və ya koordinator vəzifəsində iş təcrübəsi üstünlükdür;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- İdarəetmə üzrə təlim və sertifikatlar üstünlükdür;
- Azərbaycan dili – sərbəst;
- Rus və/və ya ingilis dili – arzuolunandır;
- Yarmarkaların təşkili və idarə olunması prinsipləri;
- İdarəetmə və iş bölgüsü prinsipləri;
- Kargüzarlıq və hesabatlılıq qaydaları;
- Liderlik və komandada işləmə bacarığı;
- Məsuliyyətlilik və operativlik;
- Analitik düşüncə və qərarvermə bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı;
- Stresə davamlılıq
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Qeyd: CV-lərinizi mövzu hissəsində “Yarmarkaların təşkili şöbəsinin müdir müavini” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!