Bakıdakı ABŞ səfirliyi işçi axtarır - VAKANSİYA
Neft şirkəti işçi axtarır - MAAŞ 2500-3500 MANAT - VAKANSİYA
"Kontakt Home" çoxsaylı mağaza direktorları axtarır - VAKANSİYALAR
"Sara Invest Holding" işçilər axtarır - MAAŞ 1000-1200-1500-2000 MANAT - VAKANSİYALAR
"PAY Group" işçi axtarır - MAAŞ 500 MANAT - VAKANSİYA
"Music Gallery" ölkədə ən aşağı maaşla işçilər axtarır - MƏBLƏĞ - VAKANSİYALAR
"NOVCO Group of Companies" işçilər axtarır - MAAŞ 900 MANAT - VAKANSİYALAR
"AFB Bank" işçi axtarır - VAKANSİYA
"GM Construction" işçilər axtarır - MAAŞ 1000-1200-2000-2500 MANAT - VAKANSİYA
Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
Bank Olmayan Kredit Təşkilatı işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
GM Construction
İnsan resursları üzrə baş mütəxəssis
Son tarix 28 apr 2023 [email protected]
Vəzifə öhdəliyi:
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimata müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarının rəsmiləşdirilməsi;
- İşçilərə növbəli şəkildə məzuniyyətlərin verilməsi uçotunun aparılması, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunması və izlənilməsi;
- ƏMAS-da müvafiq əməliyyatların icra edilməsi;
- 1 C proqramına daxil edilən tabel, işçilərin şəxsi məlumatları, yerdəyişmə, məzuniyyət və digər məlumatların mütəmadi yoxlanılması;
- Tikinti gedən layihələrdə mütəmadi olaraq kadrlarla bağlı yoxlamaların (əsasən öhdəliklərin icrası və davamiyyətin düzgün aparılması) aparılması, analizi və əldə olunan nəticələrə əsasən şöbə müdirinə təqdimatların verilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, tamlığının təmin edilməsi və daxili sənəd dövriyyəsi işinin təşkilinə nəzarət;
- Yeni vəzifələr üzrə vəzifə təlimatlarının tərtib edilməsi və təsdiq üçün razılaşdırılması;
- Kadr axınının səbəblərini araşdırmaqla onun aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında yaxından iştirakı;
- İşçi ehtiyacına olan tələbi müəyyənləşdirməklə müvafiq elanların yerləşdirilməsi, kadr bazasının formalaşdırılması, ilkin mərhələdə namizədlərin seçilməsi və müsahibənin təşkili;
- İşə qəbul prosesində iştirak etməklə, yeni işçilərin adaptasiyası və sınaq müddətində izlənməsi işinin təşkili;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
- Gün sonunda şöbə müdirinə şöbədaxili görülən işlər barədə yekun hesabatlılıq vermək.
Namizədə tələblər:
- Ali təhsil;
- Yaş həddi: 30 - 45 yaş;
- Yalnız bəy namizəd;
- Müvafiq sahədə idarəetmə üzrə azı 3 il iş təcrübəsi;
- AR Əmək qanunvericiliyini yüksək səviyyədə bilməli;
- MS Office proqramları, 1 C 8.3 versiyasında sərbəst işləmə bacarığı;
- İnsan resurslarının idarə olunması biliklərinə sahib olmalı;
- Komandada işləmə və yüksək idarəetmə bacarığı;
- Məsuliyyət və punktuallıq.
İş şəraiti:
- Əmək haqqı müsahibə əsasında (1000-1200 man) təyin ediləcək;
- Korporativ nömrə ilə təmin olunma;
- İş rejimi: 6 günlük (şənbə qısaldılmış);
- İş yeri: Bakı şəhəri, Baku City Residence (Bakı şəh., Heydər Əliyev pr 189).
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.
Smeta şöbəsinin müdiri
Son tarix 28 apr 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbədaxili prosedur, əsasnamə və təlimatların hazırlanmasında birbaşa iştirak etmək;
- Şöbənin fəaliyyətini təşkil etmək, şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq, vəzifə öhdəliklərinin düzgün və tam icra olunmasına nəzarət etməklə icra edilmiş işləri təhvil almaq;
- Tabeçiliyində olan işçilərin inkişafı və karyera artımı üçün şərait yaratmaq, onların mükafatlandırılması və performans dəyərləndirilməsində təşəbbüs göstərmək;
- Qəbul edilmiş layihə əsasında tələblərin dolğunluğunu və keyfiyyətini təmin etməklə ilkin smetanı müəyyən etmək;
- Layihənin texniki icraat üzrə müfəssəl mərhələlərə bölgüsünü təşkil etmək;
- Əsaslı təmir-tikinti və yenidən quraşdırma işlərinin bütün mərhələlərdə prosesləri analiz etmək, izləmək və smetaya uyğunluğuna nəzarət etmək;
- Layihədə ediləcək cari dəyişikliklər zamanı smeta sənədlərində müvafiq düzəliş və əlavələri aparmaqla rəhbərliklə razılaşdırmaq;
- Tikintinin hər bir mərhələsində plan üzrə istifadə olunacaq mal - material, işçi qüvvəsi və maddi-texniki bazanın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
- Hər bir mərhələ üçün müəyyən edilmiş normalar üzrə bazar qiymətlərinə uyğun smeta dəyərinin hazırlanmasına nəzarət etmək;
- Hazırlanmış smetaları cəmləmək, təsdiq etmək, tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasını digər şöbələrlə birlikdə təşkil etmək və yekun sənədi müzakirə üçün rəhbərliyə təqdim etmək;
- Layihə-smeta sənədlərinin razılaşdırılma və təsdiqini qəbul olunmuş qaydada təşkil etmək, bu zaman ekspertiza və sifarişçi təşkilatların irad və təkliflərini nəzərə almaq, dəyişiklikləri sənədlərə əlavə etmək;
- Plan və smeta şöbəsinin əsasnaməsi üzrə nəzərdə tutulan bütün öhdəlikləri həyata keçirmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Yaş həddi: 35-55 yaş;
- Rəhbər vəzifədə azı 5 il iş təcrübəsi;
- Mükəmməl azərbaycan və rus dili biliyi, ingilis dili arzulanandır;
- Microsoft Office, 1C və Auto CAD sərbəst istifadəçi.
- Komandada işləmə və yüksək idarəetmə bacarığı;
- Məsuliyyət və punktuallıq.
İş şəraiti:
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və təcrübəsinə əsasən (2000-2500 man) müəyyən ediləcək;
- Korporativ nömrə ilə təmin olunma;
- İş rejimi: 6 günlük (şənbə qısaldılmış);
- İş yeri: Bakı şəhəri, Baku City Residence (Bakı şəh., Heydər Əliyev pr 189).
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.