Vəzifə: Müştəri Xidməti üzrə mütəxəssis
Bu şirkətlər işçi yığır: əmək haqqı 300 - 2000 manat - 22 VAKANSİYA
Namizədlər üçün irəli sürülən tələblər:
- İqtisadiyyat üzrə ali təhsil
- Bu sahədə ən azı 1 il iş ştajı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
"Bank Respublika" işçilər axtarır - VAKANSİYALAR
İşin təsviri:
• müştərilərin müraciətinə əsasən onlara aid cari hesablara, plastik kartlara müvafiq qaydada mədaxil və məxaric əməliyyatları aparır;
• plastik kartlara aid olan bütün xidmətləri həyata keçirir;
• fiziki, hüquqi şəxslərin və fərdi sahibkarların bütün növ hesabların açılması, aparılması və bağlanması, hüquqi qovluqların hazırlanması və saxlanılması işini təşkil edir;
• müştərilərin müraciətlərinə əsasən təcili pul köçürmə sistemləri üzrə əməliyyatları aparır;
• müştərilərin müraciətlərinə əsasən onlara aid hesablardan çıxarışlar və hesabları barədə digər qurumlara təqdim edilməsi üçün arayışlar təqdim edir;
• müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin edir;
• müştərilərin banka təqdim etdiyi sənədlərin qorunub saxlanılmasını təmin edir;
• fiziki, hüquqi şəxslərin və fərdi sahibkarların milli və xarici valyutada ödənişlərinin və əlavə olunan təsdiqedici sənədlərin qəbulunu, yoxlanılmasını, icrasını və ödənişlər üzrə hesabatların hazırlanmasını təmin edir;
• idxal-ixrac əməliyyatları üzrə bütün normativ qaydaların tələblərini yerinə yetirir.
Xahiş olunur CV-ləri [email protected] ünvanına göndərəsiniz.
Vəzifə: Kredit mütəxəssisi
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit sahəsində)
- Kredit satışı üzrə ən azı 1 il iş stajı
- Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı
- Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilərə malik olma
- Bank qanunvericiliyi barədə biliklərin olması
- Azərbaycan dilində səlist danışıq bacarığı
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və maliyyə təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
• müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsini təmin edir;
• yeni müştərilərə təkliflərin hazırlanmasını və təqdim edilməsini təmin edir;
• maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətini təyin edir;
• keyfiyyətli kredit portfelini qurur və idarə edir;
• girоvun qiymətləndirilməsi və yеnidən qiymətləndirilməsi prоsеsində iştirak еdir;
• krеdit vеrilməsinin mümkün оlub-оlmaması barədə rəy tərtib еdir və müvafiq qərarın qəbul еdilməsi üçün Krеdit Kоmitəsinə təhvil vеrir.
Xahiş olunur CV-ləri [email protected] ünvanına göndərəsiniz.
Vəzifə: Biznesin İnkişafı Departamentinin Direktoru
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali iqtisadi və ya biznes üzrə təhsil
- Bu sahədə ən azı 3 il iş ştajı
- Xarici dil bilikləri
- MS Office proqramlarının bilikləri
- Strateji düşünmə və analitik təhlil bacarığı
- Yaradıcılıq bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
• bankın müsbət imicinin formalaşması və onun daim yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir;
• reklam və təşviqat üzrə siyasətini, ona əlavə və dəyişikliklərin layihələrini hazırlayır;
• bankın fəaliyyət göstərdiyi makro və mikro mühiti daim təhlil edir və hesabatlar hazırlayır;
• strateji hədəflərinin yerinə yetirilməsinin təmin olunması üçün əməliyyat planlarını hazırlayır;
• strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasını həyata keçirir;
• beynəlxalq əlaqələr qurur və idarə edir;
• davamlı sürətdə bankdaxili proseslərin təhlilini təşkil edir, onların səmərəliliyinin artırılması üçün tədbirlər görür;
• bankdaxili prosedur və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini əlaqələndirir;
• departamentin işini planlaşdırır və təşkil edir.
Xahiş olunur CV-ləri [email protected] ünvanına göndərəsiniz.
Vəzifə: Marketinq və reklam şöbəsinin müdiri
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali iqtisadi və ya marketinq üzrə təhsil
- Bu sahədə ən azı 3 il iş ştajı
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək
- İngilis dilini yüksək dərəcədə bilmək
- MS Office proqramlarının bilikləri
- Yaradıcılıq bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
• bankın PR və marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştirak edir;
• maliyyə bazarı, bankın mövcud məhsul və xidmətlərini təhlil edir;
• marketinq kampaniyalarının hazırlanmasını və tətbiqini heyata keçirir;
• yaradılan yeni məhsullarının təbliğat üsullarını müəyyənləşdirir və həyata keçirir;
• sosial şəbəkələrdə və KİV-də reklam, aksiya və kampaniyaları yaradır və idarə edir;
• reklam materiallarının hazırlanmasını və sifarişini həyata keçirir;
• bankın reklam kampaniyalarının səmərəliliyini təhlil edir;
• strukturun işini planlaşdırır və idarə edir
Xahiş olunur CV-ləri [email protected] ünvanına göndərəsiniz.