VAKANSİYA 1
Korporativ satış mütəxəssisi
ŞİRKƏT HAQQINDA:
"Bank Respublika" işçilər axtarır - VAKANSİYALAR
“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.
Tələblər:
• Ali təhsil,
• Korporativ satış üzrə minimum 2-3 il təcrübə (yalnız təcrübəsi olan namizədlərin cv formaları dəyərləndiriləcək),
• Əsas tələb: şəxsi avtomobil (amortizasiya xərcləri qarşılanır),
• Yüksək rus və ingilis dili biliyi ( rus dili arzuolunandır),
• Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
• Danışıqlar aparma qabiliyyəti,
• Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
• Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
• 23-30 yaş aralğı,
İş şəraiti:
• İş vaxtı: Həftə içi 6 gün 09:00–dan 18:00 dək;
• Əməkhaqqı: 700 AZN + Bonus (KPİ),
• Nahar şirkət tərəfindən qarşılanır,
• Korporativ nömrə,
• Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.
Tələblərə uyğun şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərə bilərlər.
VAKANSİYA 2
"Optimal Elektronika" MMC aşağıda qeyd edilən ərazilər üzrə “Anbardar” vakansiyasını açıq elan edilir:
- Masazır
- Sumqayıt
- Xırdalan
- Neftçilər
Tələblər:
• İş təcrübəsi arzu olunandır.
• Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dilində fikrini ifadə etməyi bacarmalıdır. .
• Diqqətli, şaffaf, işində dəqiq olmalıdır.
Əsas vəzifələr:
• Anbara daxil olan məhsulların qəbulu və qeydə alınması:
• Anbara daxil olan məhsulların dövriyyəsinin izlənilməsi;
• Anbarda mövcud olan (olmayan) məhsullar barədə müvafiq hesabatların hazırlanması;
• Məhsullarının tamlığnın yoxlanılması, çatışmazlıqlar barədə mağaza rəhbərinə məlumatların verilməsi.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində müvafiq ərazini qeyd edərək [email protected] electron ünvanına CV ilə müraciət edə bilərlər:
- Anbardar - Masazır
- Anbardar - Sumqayıt
- Anbardar - Xırdalan
- Anbardar - Neftçilər
VAKANSİYA 3
Adentta MMC
Marketinq meneceri
İş barədə məlumat:
• Bütün marketinq, reklam və tədbirlərinin idarə olunması
• Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
• Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
• Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkili;
• Məhsul və xidmətlərin inkişafına dəstək edilməsi;
• Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi;
• Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
İş qrafiki: həftə içi 9:00 – 18:00, şənbə 10:00-15:00, bazar-istirahət günü
Əmək haqqı: 800 azn-dən başlayan
Namizədə tələblər:
• Marketinq sahəsində ali təhsili
• 25-35 yaş
• Marketinq sahəsində 3 ildən az olmayan təcrübə
• Analitik və kreativ düşünmə tərzi
• Təqdim etmə bacarığı
• Məsuliyyətli və diqqətli olmaq
• Komandada işləmə bacarığı
• Kreativ düşüncə
E-mail: [email protected]
VAKANSİYA 4
Satış Müdiri (Korporativ şöbə)
ŞİRKƏT HAQQINDA:
“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.
Namizədə aid tələblər:
1. Ali təhsil;
2. Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə danışıq qabiliyyəti;
3. Müvafiq vəzifə üzrə minimum 4-5 il təcrübə;
4. Yüksək Microsoft Ofis proqramları biliyi;
5. Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;
6. Dürüstlük və kollektivdə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
1.Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
2. Bazarın araşdırılması;
3. Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
4. Müştəri bazasının formalaşdırılması
5. Şirkətin satış həcminin artırılmasına dəstək;
6. Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
7. Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
8. İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;
9. Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
10. Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.
İş qrafiki:
1. Həftə içi 6 gün saat 09:00-18:00.
2. Əməkhaqqı: 2000 AZN
3. Nahar şirkət tərəfindən verilir,
4. Korporativ nömrə,
5. Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Satış müdiri” yazaraq göndərə bilərlər.
VAKANSİYA 5
“Merkuri BOKT” QSC “Baş mühasib” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
• Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması
• Xərclərin tanınması metodlarını bilmək
• Əsas vəsaitlərin uçotunun aparılması qaydalarını bilmək
• Amortizasiya hesablanması qaydasını bilmək
• İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
• Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
• Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
• DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
• İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
• Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
• Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;
• İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
Tələblər:
• Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı 1 ildən yuxarı iş təcrübəsi;
• Microsoft Ofis proqramlarında, 1 C, xüsusilə Excel-də sərbəst işləmə bacarığı
• Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
Tələblərə cavab verən şəxslər CV-lərini (şəkilli cv mütləqdir) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
VAKANSİYA 6
SMTS MMC
Sənədlərə nəzarət üzrə mütəxəssis
Tələb olunan iş Bacarığı:
- Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
- Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi. Müəssisəyə məxsus bütün növ sənədlərinin yeri və əhəmiyyətinə, onların təsnifatına və şərtlərinin tələblərinə, eyni zamanda müəssisədə tətbiq olunun prosedur qaydalara uyğun şəkildə sənədlərlə işin aparılmasının, istifadə olunmasının və saxlanmasının təşkili və nəzarəti;
- Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək; Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi və nəzarət olunması;
- Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət və prosedur tələblərinə uyğun olaraq hazırlanmasını razılaşdırmaq və təmin etmək; - Layihələr çərçivəsində keçirilən iclasların əlaqələndirilməsi, iclaslarda iştirak etmək, iclas (toplantı) protokollarının tərtibatı, razılaşdırılması və yayımlanması;
- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
- Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
- Müəssisədə tətbiq olunan proqram təminatında sənəd dövriyyəsindən və məlumatların qeydiyyatından irəli gələn işlərin, sənədlərin, məlumatların proqrama daxil edilməsi, izlənilməsi.
Tələb olunan təhsil və biliklər:
- Ali təhsil (humanitar arzu olunandır);
- Sənədlərə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- Sənədlərin hazırlanması, qeydiyyatı və icra müddətinə nəzarət etmə metodları və prinsipləri;
- Daxil olan və çıxan sənədlərin sistemləşləşdirilməsi qaydaları;
- Sənədlərə Nəzarət standartları üzrə müvafiq bilikləri olmalı;
- Sənədlərin yerləşdirilməsi və qorunması üsullarını; Arxiv işinin inkişaf konsepsiyası və strategiyası;
- Azərbaycan və İngilis dillərini əla səviyyədə bilməli;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;
- Tikinti layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-40
- Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına mövzu yerinə “Sənədlərə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 7
"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
Niyə məhz Optimal?
- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq! - Pozitivlik bizim ən böyük uğurumuzdur! - Kreativ ideyaları yaradırıq! - İstedadlı gənclərə yol açırıq
Aşağıda qeyd edilən ərazilər üzrə “Satış məsləhətçisi” vakansiyası açıq elan edilir:
- Nizami (Torqovaya)
- Bakıxanov
- Yasamal
- Neftçilər
Tələblər:
• Təhsil: Ali və ya orta;
• Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Satış təcrübəsi arzu olunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmaq.
Əsas vəzifələr:
• Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
• Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
• Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində vakansiya ilə müvafiq ərazini qeyd edərək [email protected] electron ünvanına CV ilə müraciət edə bilərlər:
• Satış məsləhətçisi – Bakıxanov
• Satış məsləhətçisi – Yasamal
• Satış məsləhətçisi – Nizami (Torqovaya)
• Satış məsləhətçisi – Neftçilər
VAKANSİYA 8
Amoris
Mühasib
Öhdəliklər:
- Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasını həyata keçirmək;
- Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsini mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunmasını təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunmasını həyata keçirmək;
- Debitor və kreditor qalıqlarına nəzarət və periodik olaraq üzləşmələrin aparılması;
- Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması;
- Daxilolan e-qaimələrin yoxlanılması, müvafiq şöbələrlə təsdiq edilməsi;
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək;
- Təhtəl hesab, avans hesabatının aparılması və qalıqlara nəzarət etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifə üzrə 4 ildən az olmayan iş təcrübəsi;
- Word, Excel, 1C-8.3 proqramlarını yaxşı səviyyədə bilmək;
- Azərbaycan dili (Rus və İngilis dil biliyi arzu olunandır);
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: saat 09.00-dən 18.00;
- Əmək haqqı: 1000-1300 AZN
E-mail: [email protected]
VAKANSİYA 9
İşəgötürən: “AMET Services” MMC
Vəzifə: Logistika üzrə koordinator (ağır texnika üzrə)
Tələblər:
• Ali təhsil (vəzifəyə uyğun sahədə olması arzuolunandır);
• Logistika istiqaməti üzrə 2-3 il iş təcrübəsi tələb olunur
• Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək;
• Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
• Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
• Əla səviyyədə Azərbaycan dili, Rus dili, İngilis arzu
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
İşin təsviri:
• Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
• Nəqliyyatın planlaşdırılması və sifarişi
• İdxal və İxrac əməliyyatlarına nəzarət
• Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
• Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
• İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
• Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
• Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
• Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
• Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
• İşlə bağlı cədvəllərin izlənməsi və gündəlik yenilənməsi
Əlavə məlumat:
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
• Əmək haqqı: 600-800 AZN
• İş qrafiki: 5 gün
• Ünvan: Salyan şossesi 12-ci km, Seabay restoranı ilə üzbəüz
Təminatlar:
• Nahar ilə təmin edilmə
• Könüllü tibbi sığorta ilə təmin edilmə
• Korporativ nömrə ilə təmin edilmə
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına mövzu yerində “Logistika üzrə koordinator” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.
VAKANSİYA 10
Компания «ASBC» MMC (Торговая марка Alma Store) Официальный Бизнеc -партнер Apple в Азербайджане объявляет набор на вакансию «Офис-менеджер».
Основные обязанности:
—Высокий уровень организованности, быстрота мышления;
—Коммуникабельность, аккуратность, высокая ответственность;
—Знание стандартов деловой переписки;
— Хорошие коммуникативные навыки, грамотная речь;
—Прием входящих звонков;
— Уровень знания компьютера — «продвинутый пользователь»;
—Знание делового этикета, доброжелательность, вежливость, внимательность, пунктуальность;
—Работа с оргтехникой (принтер, факс, сканер);
—Обработка входящей и исходящей информации;
— Консультирование клиентов по телефону;
— Выполнение прямых поручений директора
— Соблюдение стандартов обслуживания компании;
—Выполнение поставленных руководством задач;
—Исполнительность, ответственность, активность, инициативность.
—Опыт работы на данной позиции обязателен!
Требования к кандидатам:
—Пол женский
—Приятная внешность
—Образование высшее
— Возраст от 20 до 35 лет
—Знание азербайджанского, русского и английского языков
График работы:
— Оплата труда (фиксированный оклад 500 манат)
— Работа с 10:00 по 19:00
— Пятидневный график работы
— Оформление по трудовому договору
Всех заинтересованных лиц просьба присылать CV с фотографией по e-mail на адрес [email protected] с указанием специальности в разделе “Subject”
VAKANSİYA 11
MallOperation MMC
İnzibati işlər üzrə menecer
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Kargüzarlıq üzrə dərin bilik və təcrübənin olması
- Hüquqi biliklərin olması
- Microsoft Office programları bilikləri əla səviyyədə
- Rəsmi yazışmalar aparma bacarığı
- Rus dili mütləqdir, ingilis dili biliyi əlavə üstünlükdür
- Presentable
- Xanım
- Yaş həddi 24-40
- İş adresi – Nərimanov rayonu
CV-ləri [email protected] adresinə göndərə bilərlər.
VAKANSİYA 12
Vəzifə: Hüquqşünas
Şöbə: Hüquq
İş yeri: Sumqayıt
Tələblər:
• Hüquq üzrə ali təhsil
• Kommersiya hüququ sahəsində ən azı 3 il staj
• Əmək, satınalma, müəssisədaxili texniki təhlükəsizlik normaları üzrə nəzəri və praktiki biliklər və müvafiq təcrübə
• Mülki-hüquqi müqavilələrin və digər hüquqi sənədlərin sərbəst şəkildə tərtib edilməsi
• Sənədlərin hüquqi analizinin aparılması və müvafiq rəylərin hazırlanması üzrə təcrübə
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və rus dillərini bilənlərə üstünlük verilir);
• Kompüter bilikləri (Microsoft Office)
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara diqqəti cəmləmə qabiliyyəti.
İşin təsviri:
• Əmək, satınalma və müəssisədaxili texniki təhlükəsizlik üzrə müəssisədaxili sənədləşmənin təşkili, nizamlanması, müəssisədaxili struktur bölmələri ilə əməkdaşlıq və müvafiq rəylərin verilməsi;
• Kommersiya fəaliyyəti üzrə müqavilə layihələrinin hazırlanması, müəssisənin kontragentləri tərəfindən təqdim edilən müqavilə layihələrinə müəssisənin hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
• Bağlanması nəzərdə tutulan və hüquq şöbəsi tərəfindən viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
• Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi.
MÜRACİƏT PROSEDURU:
Maraqlanan namizədlər https://socarpolymer.az/en/career/experienced-professionals/ linkini izləməlidirlər:
Yuxarıda qeyd edilən vakansiya Azərbaycan Respublikasının vətəndaşları və yaxud Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər üçün nəzərdə tutulur. Elan edilən vəzifə üçün bütün uyğun namizədlər qiymətləndiriləcək və bu qiymətləndirmə bərabər əsaslarla aparılacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 19 Noyabr 2021-ci il
VAKANSİYA 13
Abşeron rayonu,Məmmədli kəndində yerləşən “GreenPlast”MMC-yə mal-material üzrə mühasib axtarılır.
Vəzifə öhdəlikləri:
• Alış sənədləri əsasında, xammal və materialların sistemə işlənməsi;
• Xammal, yarımfabriakt və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq müvafiq şəxslərdən alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
• Hesabat ayı bitdikdə əsas xammal-materiallar üzrə faktiki miqdarın qeydiyyata alınması və sonradan təqdim olunan hesabatla tutuşdurulması;
• Mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
• Hesabat ayı bitdikdən sonra 1-3 gün müddətində xammal anbarı, yarımfabrikat anbarı, hazır məhsul anbarı və digər anbarlar üzrə hesabatın və müvafiq təsdiqedici sənədlərin alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması;
• Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
Tələblər:
• Ali iqtisadi təhsil;
• Kommersiya müəssisələrində (istehsalat sektoruna üstünlük verilir) ən az 3 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• MS Office proqramlarını bilməli;
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
• Yaş həddi 40 yaşa qədər(BƏY namizəd axtarılır)
• Maaş namizədin təcrübəsindən asılı olaraq mühasibə zamanı bildiriləcək.
Tələblərə cavab verən namizədlər CV –lərini [email protected] mövzu bölməsinə “Mühasib” qeyd edərək elektron ünvanına göndərə bilırərlər.
VAKANSİYA 14
"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
Vakansiya: Kredit üzrə mütəxəssis
Tələblər:
• İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
• Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
• Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Yüksək analitika qabiliyyəti;
• Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.
Əsas vəzifələr:
• Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ə/h: 350-400 azn
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/525-kredit+uzre+mutexessis
VAKANSİYA 15
Hayat Clinic
Sığorta koordinatoru
İş barədə məlumat:
- Sığorta olunmuş şəxslər tərəfindən edilən telefon zənglərinin qəbulu
- İlkin diaqnozun təyin edilməsi
- Sığorta olunmuş şəxslərin müfaviq şöbəyə istiqamətləndirilməsi
- Sənədləşdirmə işlərinin aparılması
- Məlumatların proqrama daxil edilməsi
- Müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək
- Mütəmadi olaraq şirkətlərlə əlaqə saxlamaq
şirkətlərdən gələn ödəniş gecikmələrinin aradan qaldırılması üçün lazımi tədbirləri həyata keçirmək
- Reyestrlərin şirkətlərə düzgün tərtib edilərək göndərilməsi
- Klinikaya yeni pasiyentlərin və şirkətlərin cəlb edilməsi
- Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq
- Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin göstərdiyi xidmətdən pasiyentlərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa əsas səbəbini araşdırmaq; və s.
- İş qrafiki: həftə içi 6 gün, saat 09.00-dan 18.00-dək, Bazar günü istirahət
Namizədə tələblər:
- Xanım namizəd
- Ali tibbi təhsil
- Müasir müalicə və müayinə üsulları barədə məlumatlı olmalı
- Sığorta sahəsində (Tibbi Sığorta Kooordinatoru olaraq) ən az 2 illik iş təcrübəsi
- Ünsiyyətcil olmalı və komandada çalışma bacarığına sahib olmalı
- MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir (MS Word, MS Excel)
- Səbrli və punktual olmalı
Əlaqə nömrəsi: (055) 259-50-69
E-mail: [email protected]
VAKANSİYA 16
Estel Azerbaijan
Компания по производству и продаже профессиональной косметики для волос Эстель Азербайджан проводит набор сотрудников на должность торгового представителя
Основные требования:
— знание русского языка
— пунктуальность
— ответственность
Рабочие обязанности:
— предоставление грамотной консультации по любым вопросам, связанным с товарами и совершением покупки
— работа с действующей клиентской базой
— привлечение новых клиентов с целью увеличения обьема продаж
Зарплата: 600-1500 манат
E-mail: [email protected]
VAKANSİYA 17
"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
"Optimal Elektronika" MMC aşağıda qeyd edilən mağazalar üzrə “Əməliyyatçı” vakansiyasını açıq elan edilir:
- Azadlıq Baş ofis (Dostluq k/t yanı)
- 20 yanvar
Tələblər:
• Təhsil: Ali və ya orta;
• Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Əsas vəzifələr:
• Mağazaya aid olan bütün mədaxillərin və məxariclərin qeydiyyatı və sistemləşdirilməsi;
• Kassaya daxil olan pul vəsaitlərin qəbulu və qeydiyyatı;
• Mağaza işlərinin qeydiyyatını aparır, lazımi sənədləri tərtib edir və müəyyən edilmiş hesabatını aparır;
• Müştərilərə məlumat və məsləhət vermək, onlara mağaza xidmətlərini reklam etmək;
Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ə/h: 300 azn;
• Ödənişsiz təlimlər;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində müvafiq ərazini qeyd edərək [email protected] electron ünvanına CV ilə müraciət edə bilərlər:
- Əməliyyatçı – Azadlıq
- Əməliyyatçı – 20 yanvar
VAKANSİYA 18
Zeytun Pharmaceuticals
Logistika üzrə kiçik mütəxəssis
Tələblər:
• Ali təhsil
• Azərbaycan və Rus dilləri üzrə sərbəst biliklər, İngilis dili arzu olunandır
• Logistika sahə üzrə ən azı 2 il iş təcrübəsi
• Microsoft Office proqramlarından istifadə bacarığı
• 1C üzrə sərbəst biliklər
• Analitik düşüncə tərzi
• Ünsiyyət qurma bacarığı
• Komandada işləmə bacarığı və etibarlılıq
• Operativlik, dəqiqlik, məsuliyyət
Vəzifə öhdəlikləri:
• Dərmanların qeydiyyatdan keçirilməsi üçün analitika və ekspertiza mərkəzinə sənədlərin təqdim edilməsi
• Sənədlərdə problem olduqda, yaxud çatişmayan sənədləri əldə etmək üçün müvafiq xarici zavodlarla daimi əlaqənin yaradılması
• İdxala icazə sənədlərin alınması üçün sənədlərini toplamak və müraciət etmək (tibbi ləvazimatlar və dərman vasitələri)
• Analitik ekspertizada araşdırılmış problemlərin aradan qaldırması və həll edilməsi
İş şəraiti:
• İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Tibbi siğorta ilə təmin olunma;
• Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
VAKANSİYA 19
Netbet MMC “Müştəri Xidmətləri üzrə Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
İşin Təsviri:
• Müştərilərdən gələn zənglərə cavab vermək;
• Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış;
• Müştərilərin sorğularına cavab vermək, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək;
• Müştərilərdən daxil olan şikayət və təkliflərin qəbul edilməsi, təhlili və qısa müddətdə həll olunmasına nail olmaq/ ehtiyac yarandığı zaman müvafiq şöbəyə yönləndirmək;
• Bütün Etopaz müştərilərinin veb saytımızdan ən yaxşı şəkildə faydalanmalarına kömək etmək;
• Müştərilərə onların hər zaman yanında olduğumuzu göstərərək müştəri loyallığının qorunmasına və inkişaf etdirilməsinə nail olmaq;
Tələblər:
• Ali təhsil;
• Yüksək ünsiyyət qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan və rus dilləri, yaxşı səviyyədə ingilis dili biliyi
• Kompüter bilikləri: Microsoft Office proqramları;
• Komanda tərkibində işləmə bacarığı;
• Dəqiqlik və operativlik;
• Dəyişkən iş qrafiki;
Maraqlanan namizədlərdən CV-lərini [email protected] e-poçt ünvanına “Müştəri xidmətləri üzrə mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.
VAKANSİYA 20
"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
Aşağıda qeyd edilən ərazilər üzrə “Kredit üzrə mütəxəssis” vakansiyası açıq elan edilir:
Regionlar üzrə:
- Şəki
- Lerik
- Goran
- Salyan
- Ağcabədi
Tələblər:
• İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
• Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
• Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Yüksək analitika qabiliyyəti;
• Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.
Əsas vəzifələr:
• Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ə/h: 350-400 azn+bonus
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində müvafiq ərazini qeyd edərək [email protected] electron ünvanına CV ilə müraciət edə bilərlər:
• Kredit üzrə mütəxəssis – Şəki
• Kredit üzrə mütəxəssis – Lerik
• Kredit üzrə mütəxəssis – Goran
• Kredit üzrə mütəxəssis – Salyan
• Kredit üzrə mütəxəssis – Ağcabədi
VAKANSİYA 21
Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Vakansiya – Mühasib
Vəzifə öhdəlikləri:
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir
• Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir
• Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edilməsində iştirak,
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
• Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanmasında iştirak
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak.
Tələblər:
• Ali təhsil - (Mühasibat uçotu və Audit, İqtisadiyyat, Menecment ixtisasları)
• Təcrübə - 1-3 il
• Dil bilikləri – Azərbayan dili
• İT üzrə biliklər – MS Office (Excel yaxşı səviyyədə), 1C (Üstünlükdür)
• Sertifikat - ACCA (F2, F3,) və əlaqədar sertifikatlar
• Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər
İş şəraiti:
- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.
https://jobs.talhunt.az/grandagro/614-muhasib
VAKANSİYA 22
Türk Medical MMC
Vakansiya: Tibbi satış nümayəndəsi
İş barədə məlumat:
- İş günləri 1-5-ci günlər 9:00-dan 17:00-dək, 6-cı gün 13:00-dək,
- Məhsullarımız Tibbi Laboratoriya cihazları reaktivləri və Laboratoriya analizləri
- Korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
- Günlük yeni müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi,potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması,
- Yeni müştərilərə zənglərin edilməsi, görüş və təqdimatların təşkili
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;- Korporativ satış planının yerinə yetirilməsi
- Fiks maaş 400-500.Satışlardan bonuslar var
Namizədə tələblər;
- Office proqramlarını bilmək
- Həftəlik program əsasında məhsul və xidmətlərimizi müştərilərə görüşərək təqdim etmək
- Lazım gələrsə müştərilərlə rəhbərlik arasında görüş təşkil etmək
- Xarici dil bilinməsi arzu olunandır
- Tibbi Laboratoriya yönümlu təhsilli olması arzu olunandır.
- Müştəriyönümlü satış bacarığı olmalı
- Korporativ idarə etməni bilməlidir, satış nəticələrinə əsasən bonuslar hesablanır
Qeyd: Xahiş edirik yalnız şəkilli CV-lərinizi [email protected] mail adresinə göndərəsiniz.
*Üstünlük xanım namizədlərə verilir.