BAKU AGROPARK MMC
Təhlükəsizlik üzrə sahə rəisi
Şirkət işçi axtarır - MAAŞ 2500 MANAT - VAKANSİYA
"Amazon Travel Club" işçi axtarır - MAAŞ 500-700 MANAT - VAKANSİYA
TƏBİB işçi axtarır - VAKANSİYA
"FINCA Azerbaijan" işçi axtarır - VAKANSİYA
"BAKU AGROPARK MMC" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Kontakt Home" işçi axtarır - VAKANSİYA
"Altair Technologies" işçi axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYA
"Mars Overseas Baku" işçi axtarır - VAKANSİYA
"Business Service Centre LTD" işçi axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYA
Son tarix 23 noy 2024 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi
- İş yerinə gediş-gəliş servislə təmin olunur;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 1.000 AZN (NET).
Tələblər:
- Ali təhsil (arzuolunandır);
- Minimum 3-5 illik iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı;
- Yaş həddi: 30-40 yaş;
- Boy göstəriciləri : 170sm və yuxarı;
- Hərbi mükəlləfiyyətli.
Vəzifə öhtəlikləri:
- Təhkim olunmuş sahənin təhlükəsizliyini təmin edir.
- Ərazilərdə quraşdırılmış VMS kameraların görüntülərinə monitor vasitəsilə nəzarət olunmasını təşkil edir.
- Növbədə olan təhlükəsizlik əməkdaşlarının işini təşkil və nəzarət edir.
- Qarşıya qoyulan tapşırıqların növbədə olan hər bir əməkdaş tərəfindən dəqiq yerinə yetirilməsinə, qanunvericiliyə riayət olunmasına, habelə postlarda istifadə olunan maddi-texniki vəsaitlərin mövcudluğuna və işlək vəziyyətdə olmasına cavabdehdir.
- Sahə rəisi təhkim olunmuş sahəsində növbədə olan əməkdaşlara rəhbərlik edir və onların xidmətini yoxlayır, işə yeni qəbul olunmuş təhlükəsizlik əməkdaşını xidmət edəcəyi ərazi ilə tanış edir, onun üzərində sınaq müddəti ərzində himayəçilik (mentorluq) edir.
- Sahə rəisi postların təhvil-təslimi barədə məruzələri qəbul edir, işə davamiyyətə nəzarət edir, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına işçilərdən tələb edir, alınan digər tapşırıqları yerinə yetirir.
- Təhlükəsizlik əməkdaşların xidmətlərinin nəticələrini təhlil edir, rejimin təmin olunması üzrə tədbirlər həyata keçirdir.
- Nizam-intizamı pozan, təhlükəsizlik əməkdaşlarına qarşı tabesizlik göstərən, özünə və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaradan şəxslər barədə dərhal məlumat verməklə onu ( onları ) sakitləşdirmək üçün tədbirlər görür.
- Təhlükəsizlik əməkdaşlarının xidmətini yoxlayır.
- Nəqliyyat vasitələrinin yüklənib-boşaldılmasına, onların müşayiət olunması üçün təyin olunmuş şəxslərin işinə rəhbərlik edir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Təhlükəsizlik üzrə sahə rəisi” qeyd edərək CV-nizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.