Dövlət qurumu işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
"A2Z Technologies" ASC işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
"Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
"Kontakt Home" işçi axtarır - VAKANSİYA
"AZAL" işçilər axtarır - VAKANSİYALAR
Dövlət Agentliyi işçi axtarır - VAKANSİYA
"Meqa Həyat Sığorta" işçi axtarır - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"ATS Food" işçi axtarır - VAKANSİYA
Aztelekom
Hüquqşünas
Son tarix 17 sen 2023 - Müraciət et
Təsvir:
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
- Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
- Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
- İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
- Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
- Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
- İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali hüquq təhsili olmalı;
- Korporativ hüquq sahəsi üzrə ən az 2 (iki) il iş təcrübəsinə malik olmalı;
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
- Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
- Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
- Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
- Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
- İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
SƏTƏM üzrə mühəndis (Gədəbəy)
Son tarix 17 sen 2023 Müraciət et
Təsvir:
- SƏTƏM üzrə mühəndisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkilidir;
- SƏTƏM mühəndisi fəaliyətini SƏTƏM qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
- Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak edir;
- “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət edir;
- Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
- “Aztelekom” MMC-də quraşdırılmış cıhaz və avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
- “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçirir;
- Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət edir;
- Istehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotu və təhlili aparır;
- Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərir;
Tələblər:
- Ali-texniki təhsilə üstünlük verilir;
- Sahəsi üzrə ən azı 3 il təcrübəsi olmalıdır;
- Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dilləri arzuolunandır;
- SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir;
- MS Office və Outlook programlarını mükəmməl bilməlidir;
- SƏTƏMM üzrə dövlət normativ tələblərini;
- Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələri;
- SƏTƏMM sahəsində milli və dövlətlərarası standartları;
- Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodlarını;
- Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimlərini;
- Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydalarını;
- İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını bilməlidir.
Energetika üzrə mühəndis (Şəmkir)
Son tarix 17 sen 2023 Müraciət et
Təsvir:
- Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir;
- Şöbəyə daxil olmuş sifarişə uyğun olaraq yeni elektrik avadanlığını quraşdırır və digər enerji işlədici avadanlıqlara elektrik bağlantılarının verilməsini təşkil edir;
- İstismarda olan bütün elektrik qida sistemlərinin (stablizator, mexaniki və ya avtomatik elektrik çeviricilərinin (AVR), UPS, invertorlar) istismar və proflaktikasını təşkil və təmir edir;
- AC və DC Elektrik paylayıcı şitlər, müxtəlif en kəsikli AC və DC kabellərinin istismarı, proflaktikası, təmiri və yeni elektrik qoşulmalarını təmin edir;
- Müxtəlif tipli, texniki parametrə malik AC 380V/220V-DC48V düzləndiricilərin istismarını, profilaktikasını, təmirini, sifarişə uyğun olaraq yeni elektrik qoşulmaları və ya sökülmələrini təmin edir;
- Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımını təşkil edir;
- Torpaqlanma sistemlərinin planlaması ilə əlaqədar təkliflərin verilməsi, sifarişə uyğun olaraq, yeni torpaqlanma sistemlərinin quraşdırma və sökülməsini təmin edir;
- Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların istismarını, proflaktikasını təşkil və təmir edir;
- Alternativ enerji mənbələri, generator istismarı, profilaktika işlərini təmin edir;
Tələblər:
- Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali və ya Orta texniki təhsili olmalı;
- Energetika şəbəkələrinin istismarı sahəsində ən azı 3 (üç) il professional iş təcrübəsi olmalı;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinsipial və funksional sxemlərini, təyinatını və iş rejimlərini bilməli;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalı;
- Kompüter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığı olmalı;
- “Elektrik qurğularının qurulması qaydaları”nı, “Elektrik və istilik qurğularının texniki istismar qaydaları”nı, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nı bilməli;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməli.
İT mütəxəssisi (Şəmkir)
Son tarix 17 sen 2023 Müraciət et
Təsvir:
- İnformasiya texnologiyaları üzrə mütəxəssis fəaliyətini Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
- Informasiya texnologiyaları, Transmisiya və Genışzolaqlı avadanlıqların istismarına nəzarət edir,avadanlıqların keyfiyyət göstəricilərinin qeydiyyatını nəzarətdə saxlayır;
- Informasiya texnologiyaları, Transmisiya və Genışzolaqlı avadanlıqların mürəkkəb nasazlıqlarının aradan qaldırılması və tənzimlənməsində iştirak edir;
- Yeni avadanlığın quraşdırılmasını və vaxtında istismara verilməsini həyata keçirir;
- Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
- Informasiya texnologiyaları, Transmisiya və Genışzolaqlı avadanlıqların cari və əsaslı təmirinə və proqram təminatına , profilaktik xidmətlərə nəzarət edir;
- Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq avadanlıqlarda işini qurur;
- İstifadəçi tələbatın maksimum ödənilməsi üçün lazım olan proqram təminatının seçilməsində dəstək göstərir;
- İnternet istifadəçilərindən daxil olan texniki problemleri qeydiyyata alir və arxivləşdirir;
- Müştərilərlə əlaqə saxlayaraq problemin nəzarətə alinması barədə müştərilərin məlumatlandırır və problemin həlli üçün ilkin texniki dəstək göstərir
Tələblər:
- Ali və ya orta ixtisas/texniki təhsilli olamlıdır;
- İnformasiya texnologiyaları sahəsində azı 1 (bir) il əmək stajına malik olmalıdır;
- Müasir informasiya texnologiyaları trendlərini bilməlidir;
- Azərbaycan dilini mükəmməl bilməlidır, ingilis və rus dilləri arzuolunandır;
- Kompüter avadanlıqlarının təmiri və əməliyyat sistemləri ilə iş təcrübəsinə malik olmalıdır;
- Giriş şəbəkə və transmisiya avadanlıqları uzrə protolkolların işləmə qaydası üzrə biliklərə malik olmalıdır;
- Əməliyyat Sistemləri, MS Office, Outlook sistem proqramları və istehsalatla bağlı əlavə yazılmış proqramları, pereferiya qurğularının quraşdırılmasını mükəmməl bilməlidir;