Dövlət qurumu işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
"A2Z Technologies" ASC işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
"Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
"Kontakt Home" işçi axtarır - VAKANSİYA
"AZAL" işçilər axtarır - VAKANSİYALAR
Dövlət Agentliyi işçi axtarır - VAKANSİYA
"Meqa Həyat Sığorta" işçi axtarır - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"ATS Food" işçi axtarır - VAKANSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Hesabatlılıq şöbəsinin mütəxəssisi/məsləhətçisi/aparıcı məsləhətçisi
Son tarix 17 sen 2023 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- TƏBİB və onun tabeliyindəki tibb müəssisələrinin illik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanması;
- Kənar auditin aparılmasına dəstək və proses zamanı auditorlarla öz məsuliyyət dairəsi üzrə əlaqəli şəxs kimi kommunikasiya qurulması və yaranmış sualların cavabının müəyyən edilməsi;
- Kənar audit prosesi zamanı tələb olunan məlumatların toplanılması və transformasiyasında iştirak;
- Regional tibb müəssisələrinə ezam olunaraq məlumatların toplanılmasında iştirak;
- Tibb müəssisələrinin maliyyə hesabatlarının hazırlanması prosesi zamanı tərtib olunmuş müxabirləşmələr jurnalının yoxlanılması;
- Əsas MHBS standartları üzrə müxabirləşmələr jurnalında əməliyyatların düzgün uçota alınmasının təhlil olunması (ƏV, CAPEX, OPEX);
- Xidmətlərin maya dəyəri və ümumi və inzibati xərclərin 1 №-li beynəlxalq maliyyə standartına görə tanınması və funksional bölgüyə görə xərclərin təsnifatının təhlil olunması;
- Seçilmiş tibb müəssisələrində aşağıdakı istiqamətlər üzrə yoxlamaların aparılması prosesində auditorlara dəstək verilməsi:
- Əsas vəsaitlər üzrə yoxlamaların aparılması,
- Mal-material ehtiyatları üzrə yoxlamaların aparılması,
- Əmək haqqı reyestrləri üzrə yoxlamaların aparılması,
- Xərc maddələri üzrə yoxlamaların aparılması,
- Debitor və kreditor borclar üzrə yoxlamaların keçirilməsi.
Bizim üçün uyğun namizəd:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə ali təhsil;
- 1-3 il maliyyə hesabatlılığı, kənar audit, mühasibatlıq, maliyyə nəzarəti sahəsində əmək stajı;
- Maliyyə və mühasibat hesabatlılığı üzrə beynəlxalq sertifikatlara sahib olmaq və ya məzmunu barədə müfəssəl biliklər;
- Sahə üzrə qanunvericiliyin tələblərini yüksək səviyyədə bilmək;
- Ofis proqramları üzrə biliklər;
- Analitik, yüksək ünsiyyət, komandada işləmə bacarıqları;
- İntizamlılıq və nəticəyönümlülük;
- Stressə qarşı davamlılıq.
Əlavə məlumatlar:
- İş yeri: Bakı şəh., Lev Tolstoy küç. 170;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 15.09.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.