Azərbaycan şirkəti yüksək maaşla işçi axtarır - 3000-3500 MANAT- VAKANSİYA
"BOA Agency" işçilər axtarır - MAAŞ 345-600-1000-1300 MANAT - VAKANSİYALAR
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Ultratek MMC" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"MigrationPro" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"Lumegrand" işçi axtarır - VAKANSİYA
"Camal LTD" işçilər axtarır - MAAŞ 1000-1500-2000-2500 MANAT - VAKANSİYALAR
Aztelekom
Satınalma üzrə mütəxəssis
Son tarix 25 iyn 2023 [email protected]
Vəzifə öhdəlikləri:
Satınalma üzrə mütəxəssis aşağıdakı vəzifə öhdəliklərini yerinə yetirməlidir:
- Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
- Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Sifarişlərin hazırlanması və nəzarətdə saxlanılması;
- Qiymətlərin araşdırılması və müqaisə olunması;
- Bilik səviyyəsini artırmaq məqsədi ilə daimi üzərində çalışmalıdır;
- “Aztelekom” MMC-nin bütün struktur bölmələri ilə əməkdaşlıq etməlidir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Kvalifikasiya üzrə tələblər və bacarıqlar:
Satınalma üzrə mütəxəssis vəzifəsinə təyin edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
- Ali təhsilli;
- Sahəsi üzrə 5 il əmək stajına malik olmalı;
- Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
- Peşəkar ünsiyyət psixologiyasını bilməli;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Analitik düşüncə qabilyyətinə malik olmalıdır;
- İşlərin planlaşdırılması və analizi;
- Sahəsi üzrə sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
- MS Office proqramlarını mükəmməl bilməlidir;
- Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Son göndərilmə tarixi: 25.06.2023
Məhsul üzrə mütəxəssis
Son tarix 24 iyn 2023 [email protected]
Əsas vəzifə və öhdəlikləri:
- Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
- Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də GTM strategiyalarının icrası;
- Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
- Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
- Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
- Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
- Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
- İclas və danışıqlarda departamentin və təşkilatın maraqlarını müstəqil formada təmsil etmək;
- Əməkdaşlara, rəhbərliyə və yüksək rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
- Satış göstəricilərinin yüksəldilməsi, hədəflərin təyin olunması və bonus sisteminin hazırlanması məqsədilə Satış şöbəsi ilə yaxından əməkdaşlıq etmək;
Tələb olunan bilik və bacarıqlar:
- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
- MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək.
- MS Office, MS Outlook, yüksək səviyyədə MS Excel;
- Minimum 3 il (əsasən B2C istiqamətli)
- Azərbaycan, Rus, İngilis dilləri
- Tapşırıqların idarə olunması (task management) üzrə alət və proqramlardan istifadə (Trello);
- Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
- Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və biznes keysləri həyata keçirmək üzrə təcrübə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Məhsul üzrə mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Marketing üzrə baş mütəxəssis
Son tarix 24 iyn 2023 [email protected]
İş barədə məlumat:
- Uzunmüddətli strategiya, büdcə planlaması və marketinq planının yaradılması prosesində iştirak etmək;
- Brend və reklam işləri üzrə komandanı effektiv şəkildə idarə etmək;
- Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
- Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək;
- Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
- Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək;
- Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
- Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq;
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
- İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
- Rəhbərlik tərəfindən həvalə olunan əlavə tapşırıqları yerinə yetirmək;
Tələblər:
- Biznes/Marketinq/Kommersiya sahələrindən biri üzrə ali təhsil;
- Brend və ya reklam işi sahəsində ən azı 5 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan, Rus və İngilis dili arzuolunandır;
- İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmalı;
- Analiz və təhlil bacarığı;
- Problem həlli bacarıqları;
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Reklam və sosial media, baş mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Kibertəhlükəsizlik sistemləri üzrə administrator
Son tarix 11 iyn 2023 [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Mövcud kibertəhlükəsizlik sistemlərinə texniki dəstək vermək
- Müəssisənin, müasir standartların və çağırışların tələblərinə uyğun olaraq yeni texnologiyaların araşdırılması və tətbiqinə dair analizlər aparmaq və tövsiyələr vermək
- Sistemlərin konfiqurasiyalarının təhlükəsiz olmasını təmin etmək (“secure hardening”);
- Təkliflər əsasında çatışmazlıqları aradan qaldırmaq və daim sistemlərin inkişaf etdirilməsini təmin etmək
- Müvafiq sistemlərin arxitekturası, işləmə prinsipinə dair texniki sənədləşməni aparmaq
- Kibertəhlükəsizlik insidentlərinə cavab üzrə fəaliyyətlərdə iştirak etmək
Tələb və bacarıqlar:
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
- Ingilisi dili biliyi (texniki səviyyədə yaxşı);
- Kibertəhlükəsizlik sistemlərinin (PAM, DLP, Antivirus/EDR, MDM və s.) administrasiyası üzrə təcrübəyə malik olmalı;
- İnformasiya Təhlükəsizliyi, beynəlxalq standartlar, kiber risklər, təhdidlər və zəifliklər barədə biliklərə malik olmalı;
- Server Əməliyyat Sistemləri (Windows Server, Linux) barədə məlumat;
- Şəbəkə protokolları və texnologiyaları haqqında biliklərə (DNS, DHCP, AAA, radius və s.) malik olmalı;
- Hər hansı dildə (python, powershell, bash və s.) script yazmaq bacarığ;
İş haqqında məlumat:
- 5 günlük iş rejimi
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Kibertəhlükəsizlik sistemləri üzrə administrator” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 10.06.2023.
İnformasiya təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" mütəxəssisi (GRC)
Son tarix 11 iyn 2023 [email protected]
Əsas vəzifə və öhdəliklər:
- İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, prosedurların və standartların tərtib edilməsi;
- Sənədlərin aktuallığının daimi nəzarətdə saxlanılması;
- Uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması;
- İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatlar;
- Mövcud siyasət prosedur və standartların tətbiq edilməsinə nəzarət.
Tələb və bacarıqlar:
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
- ISO27001 standartı üzrə biliklər;
- İT risklərin qiymətləndirilməsi və sənədləşmə üzrə bacarıqlar;
- Microsoft Office proqramlarının biliyi;
- İngilis dili upper-intermediate səviyyəsində;
- İT sistem və şəbəkə üzrə anlayış;
- Şifahi və yazılı ünsiyyət bacarığı.
İş haqqında məlumat:
- 5 günlük iş rejimi
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İnformasiya təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" mütəxəssisi (GRC)” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 10.06.2023.
Kibertəhlükələrin analizi üzrə mütəxəssis
Son tarix 11 iyn 2023 [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Daxil olan sorğular üçün təhdidlərin xarakterini, məlumat mənbələrini müəyyənləşdirmək;
- “Threat Intelligence”-a aid məlumat mənbələrinin uyğunluğunu qiymətləndirmək;
- Məlumat boşluqlarını vurğulamaq və mənbələri təsdiqləmək;
- Yeni IOC müəyyənləşdirmək və IOC məlumat bazasının davamlı saxlanılmasına dəstək vermək;
- Təhlükəyə aid yeni IOC-ların sayı, təhdidlərlə əlaqəli yenilənmiş IOC-ların sayı, təhdidlərə aid TTP-lər və təsirə məruz qalan/hədəf sistemlərini əhatə edən yeni nöqsanlar barədə hesabat hazırlamaq;
- Yeni müəyyən edilmiş təhdidləri, təsirlənmiş aktivləri və əlaqəli hücum vektorlarını biznes tələbləri ilə birlikdə Use Case-lərə çevirmək;
- Hesabat göstəricilərinə əsasən müntəzəm hesabat təqdim etmək
Tələb və bacarıqlar:
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
- Microsoft Office proqramları;
- İngilis dili biliyi (texniki səviyyədə yaxşı);
- Güclü analitik və səbəbli analiz bacarıqları;
- Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;
- Jurnal formatları üzrə biliklər;
- Təhlükəsizlik hadisələrinin cavablandırılmasının əsasları haqqında anlayış;
- Açıq mənbə Threat Intelligence üzrə (OSİNT) məlumat toplama alətləri və Threat Intelligence vendor portalları ilə təcrübə;
- Network forensics sahəsində bilik/təcrübə: şəbəkə trafiki protokolları, trafik təhlili( məsələn, PCAP), müdaxilənin aşkarlanması;
İş haqqında məlumat:
- 5 günlük iş rejimi
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Kibertəhlükələrin analizi üzrə mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 10.06.2023.