Bu şirkətlər işçi yığır: əmək haqqı 500-600-800-900-1000-1200-1400-1500-2500 manat - 25 VAKANSİYA
"Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
Dövlət qurumu işçi axtarır - MAAŞ 3000 MANAT - VAKANSİYA
"Araz Supermarket" işçi axtarır - VAKANSİYA
Holdinq işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"TuranBank" ASC işçilər axtarır - VAKANSİYALAR
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Bakı Tekstil Fabriki" işçi axtarır - 800-1000 MANAT - VAKANSİYA
"Bona Dea International Hospital" işçi axtarır - VAKANSİYA
Azersun Holding
İşə qəbul üzrə ödənişli təcrübə proqramı
Son tarix 04 apr 2023 [email protected]
Tələblər:
- Ali təhsilli (İqtisadiyyat, Menecment, İnsan resursları, Biznesin idarə edilməsi və s. ixtisası üzrə) məzunlar;
- İş təcrübəsi tələb olunmur;
- İnsan resursları üzrə nəzəri biliklərə sahib olması üstünlükdür;
- Dil bilikləri: Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandır;
- MS Office proqramlarından istifadə etməyi bacarmalı.
İş haqqında məlumat:
- CV-lərin incələnməsi;
- Namizədlərə telefon zənglərinin edilməsi;
- Test İmtahanlarının təşkil edilməsi;
- Müsahibələrin təşkil edilməsi;
- Müsabiqənin nəticəsi ilə bağlı namizədlərə məlumatların bildirilməsi;
- İşə qəbul proseduru ilə bağlı digər müvafiq işlərin həyata keçirilməsi.
İş şərtləri:
- Təcrübə proqramı ödənişlidir;
- Nahar şirkət tərəfindən qarşılanır;
- Həftə içi 5 gün 09:00-18:00.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna mövzu hissəsində “İşə Qəbul üzrə ödənişli təcrübə proqramı” qeyd edərək göndərə bilərsiniz.
Əməliyyatçı xəzinədar
Son tarix 03 apr 2023 [email protected]
Tələblər:
- Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
- Bank işi üzrə 1 illik iş təcrübəsi;
- Rus dilini yaxşı bilməli, İngilis dilini bilməsi üstünlükdür;
- Microsoft Office proqramlarını bilməli;
- Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
- Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
- Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
- Analitik problem həlletmə bacarığı olmalı.
İş haqqında məlumat:
- Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;
- Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə təqdim edilməsi;
- Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;
- ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;
- XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;
- Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;
- Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi;
- Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
- Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması.
- Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.comünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Əməliyyatçı xəzinədar” qeyd etməyiniz xahiş olunur.
IT texniki dəstək departamentində aparıcı mütəxəssis
Son tarix 03 apr 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı
- Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli
- Server əməliyyat sistemlərindən anlayışı olmalı
- MS SQL serverdən istifadə etməyi bacarmalı
- Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli
- Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi)
- Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilməli
- İAMAS sistemindən anlayışlı olmalı
- Ezamiyyətə gedə bilməli
İş haqqında məlumat:
- Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi
- Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesinin həyata keçirilməsi
- IT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi
- Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması
- Kompüter, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi
- PC, notebook, Mic Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi
- Şirkətdaxili proqramların inteqrasiyasına nəzarət etməli və həyata keçirməsi
İş Qrafiki: həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “IT Texniki dəstək departamentində aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Marketinq üzrə Baş Mütəxəssis
Son tarix 03 apr 2023 [email protected]
Tələblər:
- Marketinq və ya əlaqəli sahəsində Ali Təhsil;
- Müvafiq sahə üzrə 2-3 illik təcrübəsi olmalı;
- İngilis dili bilməsi arzuolunandır, Rus dili bilməsi üstünlükdür;
- MC Office proqramlarını bilməli;
- Marketinq sahəsində sertifikatları olması mütləqdir;
- İşi ilə bağlı ezamiyyətlərdə olan bilməli, mətbəə işlərin və dizayn proqramların adları görməsi üçün bu sahədə də anlayışı olmalıdır;
- Yenilikərə açıq olmalı, texnologiyanı təqib etməli, sektoru ilə əlaqəli dünya brendlərini tanımalıdır.
Vəzifə Öhdəlikləri:
- Məhsul idarəsində olan məhsul markalarının ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul markalarının ideya mərhələsində istehlakçılara çatdırılması və hətta istehlakçılardan gələcək dəyərləndirmələrin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək.
- Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların məhsul və marka bütövlüyünə uyğun olmasını təmin etmək.
- Marka məhsulunun performansını müşahidə edərək təhlil etmək.
- Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək.
- Reklam briflərini, POP materiallarını, satış təşviq materiallarının briflərini hazırlamaq və işin gedişatına nəzarət etmək.
- İstehlakçı ehtiyac boşluqları və yeni istehlakçı istifadə vərdişlərini müəyyənləşdirərək yeni məhsul təklifləri vermək.
- Məhsul və Marka strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun həftəlik nəzarət etmək.
- Təşviqat, taktiki satış və qiymət qoyma fəaliyyətləri həyata keçirilməsinə nəzarət etmək.
- Layihə və kampaniyaların büdcə hədəfləri daxilində planlaşdırılmasını təmin etmək.
- Satış hədəflərinə çatmaq üçün lazımi marketinq fəaliyyətlərini və məhsul strategiyasına uyğun illik promosyon fəaliyyərlərini planlaşdırıb rəhbərliyə təqdim etmək.
- Satış departamenti ilə ortaq çalışmalar apararaq fərqli kanal və bölgə layihələri planlaşdırmaq.
- Satış kanallarını ziyarət edərək, məhsulların rəfdə və paylama kanalındakı təsirliliyini, promosyon fəaliyyətlərinə nəzarət etmək.
- Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının başladılması və inkişaf etdirilməsi
- Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması və analiz nəticələrinə uyğun həllyönümlü təkliflərin verilməsi
- Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi
- Ticarət marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artımı üçün təkliflər hazırlanması
- İstehsal öncəsi, istehsal müddəti və istehsal sonrası zavodların ziyarəti.
- Marketinq büdcəsinin təyin olunması və aylıq hesabatın aparılması.
- İllik, rüblük və ay üzrə gündəlik satış analizlərinin hazırlanması və rəhbərliyə təqdim olunması. Müvafiq fəaliyyətlərin həyata keçirilməsi, kateqoriyanın aylıq fəaliyyət hesabatının (portfolio) hazırlanması, Aylıq, rüblük və illik markanın marketinq fəaliyyət hesabatının hazırlanması və təqdimatın rəhbərliyə təqdim olunması
- Məhsul lahiyələrinin və fəaliyyətlərinin ideya qismindən təhvil-təslim mərhələsinə qədər təsdiq etdirmək üçün rəhbərliyə təqdimat hazırlamaq və həyata keçirmək.
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün
İş yeri:
- Bakı (Baş ofis)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Marketinq üzrə Baş Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Maliyyə Analizi üzrə Baş Mütəxəssis (Sumqayıt, Xırdalan, Biləsuvar, Kürdəmir və Lənkəran)
Son tarix 03 apr 2023 [email protected]
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Aidiyyatı sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
- Eyni vaxtda bir neçə işə fokuslana bilməli;
- Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür
- Xarici Auditor təcrübəsinin olması üstünlükdür
İş haqqında məlumat:
- Maliyyə cədvəllərinin hazırlanması;
- Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanması;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
- Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
- Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi.
İş şərtləri: İş qrafiki: Həftə içi 5 gün
İş yeri: Sumqayıt, Xırdalan, Biləsuvar, Kürdəmir və Lənkəran şəhərləri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Maliyyə Analizi üzrə Baş Mütəxəssis” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
Aparıcı auditor
Son tarix 03 apr 2023 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı (Mühasibat uçotu və audit, idarəetmə, maliyyə, sənayenin təşkili və idarə olunması, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, beynəlxalq münasibətlər sahəsində)
- Mühasibat, maliyyə, insan resursları və ya audit sahəsində ən azı 4 il iş təcrübəsi olmalı
- Sahənin fəaliyyətini tənzimləyən normativ akt, əmr, qərar və sərəncamları bilməli
- Daxili əmək intizamı qaydalarını bilməli
- Əmək qanunvericiliyinin əsaslarını bilməli
- İngilis dili biliyi üstünlükdür
İş haqqında məlumat:
- Təsərrüfat subyektinin bütün fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlamaq. Həyata keçirilən qiymətləndirilmə sonuclarına əsasən səmərəliləşdirici təkliflər vermək
- Qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə təşkilati prosedurları və siyasətləri təhlil etmək
- Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək
- Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək
- Nəzarət sahəsindəki boşluqların, təkrar səylərin, normativ-hüquqi sənədlərin, idarəetmə siyasətlərinin tələblərinin pozulması, saxtakarlıq (dələduzluq) hallarının, nöqsan və çatışmazlıqların aşkar edilməsi məqsədi ilə məlumatlar toplamaq və təhlillər aparmaq
- Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması
- Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək
- Holdinqin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək
- Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi
- Meydana çıxan kənar təsir amillərini nəzərə almaq və alternativ hədəflər müəyyən etmək məqsədi ilə fəaliyyət planına düzəliş etmək üçün təkliflər vermək
- Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların ) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlər etmək üçün təkliflər vermək
- Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək
İş Yeri: Bakı şəhəri
İş Qrafiki: Həftə içi 5 gün
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Aparıcı auditor” qeyd etməyiniz xahiş olunur.
İnspektor
Son tarix 03 apr 2023 [email protected]
Tələblər:
- Qida Mühəndisi və ya Kimya mühəndisliyi üzrə ali təhsilli olmalı;
- MS Office proqramlarını bilməli;
- Laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Rus dili biliyi olmalı, İngilis dili arzu olunandı
İş haqqında məlumat:
- Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
- Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli;
- Xam yağların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
- İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanmalı;
- İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməli;
- Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.
İş Qrafiki: Növbəli İş Qrafiki
İş Yeri: Bakı, Sumqayıt, Kürdəmir, İmişli, Biləsuvar və Xaçmaz şəhərləri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnspektor qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
Mühasib
Son tarix 03 apr 2023 [email protected]
Ümumi məlumatlar:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Mühasib kimi ən azı 1-2 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- Ezamiyyətə gedə bilməli
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Əsas vəsaitlərin qəbul və ləğv edilməsi
- Yeni işə alınan xarici vətəndaşların dövlet rüsumlarının ödənilməsi və hesabtlarının təqdim edilməsi
- İnkşaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək
- Satınalama tərəfindən sənədlari qəbul etmek, yoxlamaq, təsdiq etmək və ödəniş üçün göndərmək
- Kasa və bank əməliyyatlarının aparılması
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Ünvan: Bakı, Xırdalan, Xaçmaz, Biləsuvar və İmişli şəhərləri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasib” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.
Baş Mühasib
Son tarix 03 apr 2023 [email protected]
Ümumi məlumatlar:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Ünvan: Bakı, Xırdalan, Xaçmaz və İmişli şəhərləri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş mühasib” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.