Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-600-700-800-1200-1500 manat - 16 VAKANSİYA
Kontakt Home" işçi axtarır - VAKANSİYA
"AccessBank" işçi axtarır - VAKANSİYA
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000-3500 MANAT- VAKANSİYA
"Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi işçi axtarır - MAAŞ 1127 MANAT - VAKANSİYA
Publik Hüquqi Şəxs işçi axtarır - MAAŞ 1300-1500 MANAT - VAKANSİYA
"Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Kapital Bank" işçi axtarır - VAKANSİYA
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
Azersun Holding
İşə qəbul üzrə mütəxəssis
Son tarix 23 dek 2022 - [email protected]
Tələblər:
- Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı;
- Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
- İş ezamiyyətlərinə gedə bilməli;
- 3 ilə qədər əlaqədar sahədə iş təcrübəsi olmalı.
- İngilis və rus dillərini bilməli;
- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
- Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
- CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
- MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
İş haqqında:
- Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi;
- İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşə qəbul testlərinin həyata keçirilməsi;
- İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
- İşə qəbul layihələrində təşkilati işin həyata keçirilməsi.
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Baş elektirik (Biləsuvar)
Son tarix 23 dek 2022 [email protected]
Tələblər:
- Elektrik və Elektroenergetika üzrə ali təhsil,
- Müvafiq sahə üzrə 3-5 il təcrübə,
- Yüksək gərginlikdə işləmə bacarığı,
- Yüksək gərginliyə (4-cü və 5-ci qrup) müdaxilə etmə icazəsi olması.
İş haqqında:
- Müəssisədəki avadanlıq, dəzgah və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək,
- Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək,
- Müəssisədə çalışan elektrikçilərin gördüyü işlərə nəzarət etmək,
- Müəssisədəki elektrik su nasosxanalarına periodik olaraq nəzarət etmək,
- Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərinin həyata keçirmək.
İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00
İş yeri: Biləsuvar. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərlər. Email-in mövzu hissəsinə "Baş elektirik (Biləsuvar)" qeyd etməyiniz xahiş olunur.
İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar)
Son tarix 23 dek 2022 [email protected]
Namizədə aid tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
- MS Office proqramlarının mükəmməl biliyi;
- “ƏMAS - Əmək və Məşğulluq" altsistemi üzrə bilikləri;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
İş haqqında məlumat:
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- İşə qəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
- Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
- Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) SAP proqramı üzərindən hesablanmasını və vaxtında ödənilməsini təmin etmək ;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
- Əməkdaşların əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
- İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi;
- Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
- Kadr işinin aparılması, əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət edilməsi;
- İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
- Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
İş yeri:
- Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.
Avtomatika və elektironika mütəxəssisi
Son tarix 23 dek 2022 [email protected]
Tələblər:
- Avtomatika və elektronika üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 1-3 il təcrübə;
- Fermalarda quraşdırılan ventilyasiya sistemini bilməli;
- Sağımxana aparatlarının iş prinsiplərini bilənlərə üstünlük verilir.
İş haqqında məlumat:
- Afimilk sağımxana sisteminə aid olan bütün qurğu və avadanlıqlarına nəzarət etmək;
- Südün plana uyğun sağılması, depolanması və logistikasına nəzarət etmək;
- Havalandırma, soyutma və s. sistemlərə nəzarət etmək;
- Müəssisədəki qurğu və avadanlıqların təmir planını həyata keçirtmək;
- Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərini həyata keçirmək.
İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00
İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Avtomatika və elektronika mütəxəssisi (Kürdəmir)" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
İnzibati təsərrüfat üzrə mütəxəssis (Qubadlı)
Son tarix 23 dek 2022 [email protected]
Tələblər:
- Ali təhsilli olmalı;
- Sağlam və işləmə qabiliyyətli olmalı;
- BC kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- MS Office proqramlarını bilməli;
- Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə üstünlük verilir.
İş haqqında:
- Əməkdaşların işgüzar səfərə getməsinin təşkili
- Ofis avadanlıqlarının daimi işlək vəziyyətdə olmasının təmin edilməsi
- Gündəlik təsərrüfat işlərinin aparılması
- Ofisin təmizliyinə nəzarət
- Ofis içində yaranan texniki problemlərin aradan qaldırılması
- Sürücülərin qrafikinə nəzarət, gündəlik marşrutun müəyyənləşdirilməsi
- Müxtəlif şöbələrdən gələn ehtiyyacların qəbul edilməsi və sifarişi
İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00
İş yeri: Qubadlı rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi elektron poçt ünvanına emaili-in mövzu yerinə "İnzibati təsərrüfat üzrə mütəxəssis(Qubadlı)" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.