"Kontakt Home" işçi axtarır - VAKANSİYA
"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
"MKT İstehsalat Kommersiya" MMC işçi axtarır - VAKANSİYA
"FinexKredit BOKT" işçi axtarır - VAKANSİYA
"Az-Granata" MMC işçi axtarır - VAKANSİYA
"Azərşəkər" işçi axtarır - VAKANSİYA
"Azericard" işçilər axtarır - VAKANSİYALAR
"Nar" işçi axtarır - VAKANSİYA
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"OBA" marketlər şəbəkəsi işçi axtarır - MAAŞ 650-750 MANAT - VAKANSİYA
"Giesspan" işçi axtarır - VAKANSİYA
Kart əməliyyatların monitorinqi bölməsinin mütəxəssisi
Son tarix 22 okt 2022 [email protected]
Tələblər:
-
İnformasiya təhlükəsizliyi, İT ixtisasları üzrə ali təhsil;
-
Azərbaycan dili sərbəst, ingilis və rus dilləri texniki və terminalojı bilməsi;
-
İnformasiya təhlükəsizliyi / İnformasiya texnologiyaları baza bilikləri;
-
Analitik proqram təminatı (ELK, SIEM) üzrə biliklər və ya iş təcrübəsi arzuolunandır;
-
Proqramlaşdırma üzrə hər hansı bir “Query language” üzrə baza biliklər və ya iş təcrübəsi arzuolunandır;
-
Əməliyyat sistemləri, şəbəkələr, veb, verilənlər bazaları üzrə baza bilikləri;
-
Analitik düşüncə qabiliyyəti;
-
Stressə davamlılıq, özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
-
Vaxt cədvəlinə uyğun işləyən komandada, çox funksional rejimdə, vaxt məhdudiyyətinə ciddi riayət edərək çalışma qabiliyyəti;
-
İnformasiya təhlükəsizliyi və kart əməliyyatların monitorinqi sahələrində peşəkarlığını inkişaf etmə arzusu və bunun reallaşdırmasına hazırlıq.
Vəzifəsi:
-
Bank kartları ilə keçən əməliyyatların monitorinqi, şübhəli əməliyyatların təhlili və analizi;
-
İnformasiya təhlükəsizliyi üzrə “alert”-ların monitorinqi, aşkarlanan pozuntu üzrə ilkin araşdırma (“triage”) və cavabvermə (“SOC L1” funksiyası);
-
Monitorinq zamanı əməliyyatların təhlili və analizi.
Namizədlərdən CV-lərini “Kart əməliyyatların monitorinqi bölməsinin mütəxəssisi” mövzusu ilə göndərmək xahiş olunur.
Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi
Son tarix 22 okt 2022 [email protected]
Tələblər:
-
Texniki istiqamət üzrə Ali təhsil;
-
Prosessinq, kart məhsulları, elektron ödənişlər, pərakəndə/rəqəmsal bankçılıq və ya bu istiqamətlər üzrə layihələrin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
-
Azərbaycan və rus dillərini sərbəst, İngilis dilini isə ən azı texniki sənədləri oxumaq və başa düşmək səviyyəsində bilmək;
-
Layihə çərçivəsində texniki tapşırıqların icrasında iş təcrübəsi;
-
Bank kartları, bank hesabları, bank prosesləri və bankda olan digər texniki komponentlər haqqında biliklər;
-
Operativlik və detallara diqqət yetirmək qabiliyyəti;
-
Dəqiqlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
-
Öz üzərində çalışma və inkişaf etmə istəyi;
-
Analitik yanaşma qabiliyyəti;
-
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
-
Ünsiyyət qurma və komandada işləmək bacarığı.
Vəzifə:
-
Dinamik mühitdə minimum vaxt sərfi ilə gündəlik tapşırıqların effektiv həll edilməsi;
-
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra edilməsi;
-
Şöbənin fəaliyyətindən və vəzifəsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi;
-
Şirkət daxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin edilməsi;
-
Müştərilərlə əlaqə (banklar, tərəfdaşlar və proqram təminatçıları);
-
Layihələrin tələblərinin təhlil olunması;
-
Layihələrin tələblərindən irəli gələrək müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması və icra edilməsi;
-
Layihələrin idarə edilməsi, mütəmadi olaraq sprintlərdə iştirakın həyata keçirilməsi;
-
Layihələrə dəstək verilməsi məqsədilə həvalə olunmuş infrastrukturda müasir metodikaların tətbiqi və işin keyfiyyətinin artırılması üçün əlaqəli departamentlərin əməkdaşları və kənar təşkilatlarla qarşılıqlı əlaqələrin təmin olunması;
-
Xidməti məlumatların məxfiliyinin qorunması.
Namizədlərdən CV-lərini “Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.
İnformasiya Təhlükəsizliyi üzrə Baş Mütəxəssis
Son tarix 20 okt 2022 [email protected]
Tələblər:
-
İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, maraqlı layihələrdə iştirak etmək və öyrənmək istəyi;
-
Ali təhsil;
-
İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem/şəbəkə inzibatçılığı sahəsində üzrə minimum 2 il iş təcrübəsi;
-
İnformasiya təhlükəsizliyi üzrə monitorinq, aşkaretmə, təhlil, təhqiqat (“Computer forensics”, “Network forensics”) və cavabvermə (“Incident response”) bacarıqları və təcrübə;
-
Skriptiq avtomatlaşdırma bacarıqları “powershell”, “python”, “shell” və s.;
-
Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması (ISO, NIST, SANS və s.);
-
Müasir təhlükələrə (“MITRE”), boşluqlara (“CVSS”, ”CVE”) və mühafizə texnologiyalarına (“SIEM”, “SOAR”, “WAF”, “IDS/IPS”, “Firewall”, “AV” və s.) dair biliklər;
-
Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
-
Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.
Vəzifə öhdəlikləri:
-
İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq.
-
Layihələrdə iştirak o cümlədən İT təhlükəsizlik servisləri üzrə planlaşdırma və yeni proqram-texniki vasitələrinin tətbiqi.
-
“SOC - Security operations Center” - istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması (“policy tuning”, “rule tuning” və s.).
-
İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
-
Azəricard şirkətinin İT infrastrukturunda informasiya təhlükəsizliyi risklərin idarəedilməsi, ö cümlədən zəyifliklərin aşkarlnaması, aradan qaldırılması və hesabat.
-
İnformasiya təhlükəsizliyi insidentlərin menecmenti ö cümlədən informasiya təhükəsizliyi hadisələrinin monitorinqi, insidentlərin aşkarlanması, araşdırma (“cyber forensics investigation”) və hesabat.
-
Şirkət daxili əməkdaşların informasiya təhükəsizliyi təhdidlər, daxili qaydalar və siyasətlər üzrə məlumatlandırma.
Namizədlərdən CV-lərini “ITSEC üzrə Baş mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.