Bu şirkətlər işçilər axtarır - MAAŞ 500-600-750-800-970-1100- MANAT - 15 VAKANSİYA
Azər Türk Bank
Korporativ maliyyələşmə şöbəsində mütəxəssis/ aparıcı mütəxəssis
Son tarix 06 mar 2024 - Müraciət et
Təsvir:
- Müştərilərlə əlaqə kanallarının qurulması işində iştirak etmək (soyuq zənglər, işgüzar tədbirlərdə iştirak v.s);
- Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil edilməsi;
- Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
- Müştərilərin maliyyələşdirilməsi üzrə daxil olan sifarişlərin müvafiq qaydada ilkin emalının aparılması;
- Verilmiş kreditlərin düzgün sənədləşdirilməsinə, təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi;
- Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Azərbaycan dili səlis, rus dili yüksək səviyyədə (ingilis dili biliyi arzu olunandır);
- Bank sahəsində kredit satışı üzrə minimum 2 il iş təcrübəsi;
- Bank sahəsində korporativ satış üzrə iş təcrübəsi və müştəri bazasına malik olmaq arzuolunandır;
- Bank qanunvericiliyi üzrə biliklər;
- Analitik təhlil etmə qabiliyyəti;
- İnsanlarla işgüzar ünsiyyət qurma bacarığı;
- Komanda tərkibində işləmək bacarığı.