Araz Supermarketlər Şəbəkəsi "İnteryer Dizayner " vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər:
Bu şirkətlər işçi yığır: əmək haqqı 300 - 2000 manat - 22 VAKANSİYA
- Ali təhsil ;
- Müvafiq sahədə 1 ildən yuxarı iş təcrübəsi;
- MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook), Adobe PhotoShop, AutoCAD, 3ds Max (Corona, V-Ray), ArchiCAD (üstünlükdür);
- Müştəriyönümlülük, kommunikasiya, yaradıcılıq səriştəlikləri.
Vəzifə öhdəlikləri:
- Obyektə ilkin baxış keçirmək və ölçü vərəqəsində qeyd etməklə ölçü işlərini aparmaq;
- Yüksək keyfiyyətli 3D təsvirləri hazırlamaq;
- Memarlıq eksizlərindən ibarət olan Layihə paketinin tərtib olunması və hazırlanması prosesində iştirak etmək;
- Layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək (təmirin gedişatına tam nəzarət etmək, layihənin həyata keçməsi ilə bağlı bütün prosesləri- materialların yığılması, işiqlandırmanın düzgün aparılması və s. işləri icra etmək);
- Dizayn edilən obyektlərin bütün dekorasiya materiallarını seçmək ( taxta lüstür,stol-stul, dekorativ materialların işləmələri, işıqlandırma və s.);
- Obyektin bütün tikinti materiallarının dekorasiyasını vermək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnteryer Dizayner” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Araz Supermarketlər Şəbəkəsi "İnsan Resursları Biznes Tərəfdaşı" (retail sahəsi üzrə) vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər:
- Ali təhsil ;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri.
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
- Namizədlərlə ilkin müsahibələri keçirmək;
- Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
- Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
- İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti;
- İş yeri: ərazi ofisləri.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İR Biznes Tərəfdaşı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.