AFB Bank “Sumqayıt” filialı İstehlak kreditləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Sumqayıt şəhəri
Bu şirkətlər işçi yığır: əmək haqqı 300 - 2000 manat - 22 VAKANSİYA
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
• Bank qanunvericiliyi bilikləri;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili və İngilis dili bilikləri;
• Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
• MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
• Məsuliyyətlilik və dəqiqlik.
İŞİN TƏSVİRİ:
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
• Keyfiyyətli kredit portfelinin formalaşdırılması və idarə edilməsi;
• Ümumi fəaliyyətə dair hesabatların hazırlanması;
• Verilmiş kreditlərin monitorinqinin aparılması;
• Kredit ödənişlərini gecikdirən müştərilərlə aktiv işləməsi (telefon danışıqların aparılması, onların yaşadıqları ünvanlara qaydalara uyğun olaraq məktubların göndərilməsi, lazım olduğu halda evlərinə getməsi)
• Bankın tələblərinə uyğun olaraq müştəriləri banka cəlb edilməsi;
• Müştərinin maliyyə analizini həyata keçirilməsi;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İstehlak kreditlər üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.