"Express Bank" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Bakcell" işçi axtarır - VAKANSİYA
"Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
"Abşeron Logistika Mərkəzi" işçi axtarır - VAKANSİYA
"Azərpoçt" yüksək vəzifəyə işçi axtarır - VAKANSİYA
"PMD Hospitality" işçi axtarır - VAKANSİYA
"Muğanbank" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
"Good Finance" işçi axtarır - MAAŞ 1000-1300 MANAT - VAKANSİYA
"Novas Agro" işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
"Samadov Law & Audit" işçi axtarır - MAAŞ 900-1150 MANAT - VAKANSİYA
Abşeron Logistika Mərkəzi
Kiçik hüquqşünas
Son tarix 28 sen 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
- Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
- Görüş və təqdimatların təşkili, iştirak;
- Müştərilər ilə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;
- Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi
- Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.
Namizədə qarşı tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli, İngilis dili arzuolunandır;
- MS Offise proqramlarında, xüsusilə Word -də yüksək səviyyədə iş bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
- Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 28 Sentyabr 2023-cü il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.