Əmək haqqı şöbəsinin müdiri
Son tarix 20 may 2022 -
Vəzifə öhdəlikləri:
"Bank Respublika" ASC çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
Dövlət şirkəti işçi axtarır - MAAŞ 4000 + MANAT - VAKANSİYA
Dövlət qurumu işçi axtarır - MAAŞ 2500 MANAT - VAKANSİYA
"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR
-
Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək,
-
Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək;
-
Şöbə əməkdaşlarının əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
-
Əmək haqqı ilə bağlı bütün hesablamaları (məzuniyyət, kompensasiya, son haqq-hesab, xəstəlik vərəqəsi, ezamiyyə və s.) yoxlamaq və təhlilini aparmaq;
Namizədə tələblər:
-
Ali təhsil (maliyyə, iqtisadiyyat);
-
5 illik analoji iş təcrübəsi, rəhbər vəzifədə 2 illik təcrübə
-
Əmək qanunvericiliyini mükəmməl bilməli
-
Vergi uçotu və vergi qanunvericiliyinin tələblərini təmin etmək
-
PMS və Beynəlxalq dərəcəli sertifikatları (ACCA) olanlara üstünlük verilir
-
Excel və 1C proqramı ilə yüksək işləmək bacarığı
İş Şərtləri:
-
Həftədə 5 iş günü;
-
İş saatları: 09:00-18:00;
-
Əməkhaqqı: 2000 AZN NET
Mühasibat uçotu, hesabat və təhlil şöbəsinin müdiri
Son tarix 20 may 2022
Vəzifə öhdəlikləri:
-
Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
-
Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
-
Təsərrüfat daxili ehtiyatlarının aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini, inventarizasiyanın aparılmasını təmin etmək;
-
Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
-
Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək;
-
Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
-
Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
-
Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək;
-
Maliyyə vəsaitlərin hərəkətinin uçotunu aparmaq və maliyyə uçotun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatları tərtib etmək;
-
Mədaxil-məxaric büdcəsinin, pul vəsaitlərinin, həcm gəlirinin formalaşdırılmasını təmin etmək;
-
Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
-
Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsinə nəzarət etmək;
-
Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
-
Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətini təmin etmək.
Tələblər:
-
Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
-
Baş mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi;
-
Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
-
MHBS standartlarını yüksək səviyyədə bilmək (ACCA və PMS sertifikatları olanlara üstünlük verilir);
-
Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
-
Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-
Əla səviyyədə Azərbaycan dili;
-
MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
-
Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).
Tələb olunan nəzəri biliklər:
-
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu;
-
Azərbaycan Respublikası Vergi Məcəlləsi;
-
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
İş şərtləri:
-
Həftədə 5 iş günü;
-
İş saatları: 09:00-18:00;
-
Əməkhaqqı: 2000 AZN NET