Mühasibat uçotu, hesabat və təhlil şöbəsinin müdiri
Son tarix 20 may 2022 - [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
"Bank Respublika" ASC çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
Dövlət şirkəti işçi axtarır - MAAŞ 4000 + MANAT - VAKANSİYA
Publik hüquqi şəxs işçilər axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYALAR
"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR
-
Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
-
Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
-
Təsərrüfat daxili ehtiyatlarının aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini, inventarizasiyanın aparılmasını təmin etmək;
-
Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
-
Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək;
-
Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
-
Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
-
Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək;
-
Maliyyə vəsaitlərin hərəkətinin uçotunu aparmaq və maliyyə uçotun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatları tərtib etmək;
-
Mədaxil-məxaric büdcəsinin, pul vəsaitlərinin, həcm gəlirinin formalaşdırılmasını təmin etmək;
-
Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
-
Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsinə nəzarət etmək;
-
Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
-
Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətini təmin etmək.
Tələblər:
-
Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
-
Baş mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi;
-
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu bilmək;
-
Azərbaycan Respublikası Vergi Məcəlləsini, Əmək Məcəlləsini bilmək;
-
MHBS standartlarını yüksək səviyyədə bilmək (ACCA və PMS sertifikatları olanlara üstünlük verilir);
-
Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
-
Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-
Microsoft Office” proqramları (yüksək səviyyədə), Eviews, R, Python, SPSS və mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).
Di̇gər:
-
Əmək haqqı 2500 AZN;
-
İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
-
İstirahət günləri: şənbə və bazar günləri;
-
Vakansiya üzrə müraciətin son müddəti: 1 may 2022-ci il
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Mühasibat uçotu şöbəsinin müdiri) qeyd edin.