"Invest AZ" QSC işçi axtarır - VAKANSİYA
Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-600-800-1000-1200-1300-1500 manat - 30 VAKANSİYA
"Veysəloğlu" Şirkətlər Qrupu işçi axtarır - VAKANSİYA
"Azersun Holding" işçi axtarır - VAKANSİYA
"AZ International Import Company" işçi axtarır - MAAŞ 2500 MANAT - VAKANSİYA
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"NN Business Group" işçi axtarır - MAAŞ 1000-1500 MANAT - VAKANSİYA
"Meqa Həyat Sığorta" işçi axtarır - VAKANSİYA
"Muğanbank" işçi axtarır - VAKANSİYA
"Unibank" işçi axtarır - VAKANSİYA
"Azerlotereya" işçilər axtarır - VAKANSİYALAR
Publik Hüquqi Şəxs
Mühasibat uçotu şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 18 iyn 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
- İlkin mühasibat uçotu sənədlərinin, E-qaimələrin uçotunun aparılması;
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi;
- Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini icra etmək;
- Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlanmasında iştirak etmək;
- Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini həyata keçirmək;
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-maddi aktivlərin, təsərrüfat mallarının, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılması;
- İnventarizasiya işinin təşkilində iştirak etmək;
- Vergi və digər orqanlardan daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək;
- Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin tərtib etmək və vergi orqanlarına təqdim etmək;
- Hesablanmış və ödənilmiş əmək haqqının uçotunun aparılması və sənədlərin tamlığına nəzarət.
Tələblər:
- Maliyyə, mühasibatlıq və iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
- MHBS və Mühasibat uçotunun prinsipləri barədə nəzəri biliklər (ACCA və ya PMS sertifikatları olanlara üstünlük veriləcək);
- MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Əla səviyyədə Azərbaycan dili;
Tələb olunan qanunvericilik biliklər:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu;
- Azərbaycan Respublikası Vergi Məcəlləsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi
İş şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- Əməkhaqqı:1500 AZN NET
Vakansiya ilə maraqlanan namizədlərdən CV göndərərkən mövzu hissəsində hansı vakansiya üzrə müraciət etdiklərini qeyd etmələri xahiş olunur.